Modern.az

BMT: Rusiya Ukraynada cinsi zorakılıqdan işgəncə kimi istifadə edir

BMT: Rusiya Ukraynada cinsi zorakılıqdan işgəncə kimi istifadə edir

Dünya

Bu gün, 12:22

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri dinc sakinlərə və hərbi əsirlərə qarşı törədilən cinsi zorakılıq halları ilə bağlı dəhşətli faktlar ortaya çıxıb.

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Monitorinq Missiyası məlumat yayıb.

Açıqlanan rəsmi göstəricilərə görə, münaqişə dövründə 1004 cinsi zorakılıq faktı rəsmən təsdiqini tapıb. Araşdırmalar göstərir ki, bu cinayətlərin 89 faizi Rusiya, 11 faizi isə Ukrayna tərəfindən törədilib.

Hesabatda qeyd olunur ki, Rusiya hərbçiləri, xüsusi xidmət orqanlarının əməkdaşları və saxlanma yerlərinin administrasiyası tərəfindən zorakılığa məruz qalanlar arasında 725 kişi və 16 uşaq var. Zərərçəkən uşaqlar arasında ən kiçiyinin cəmi 4 yaşı olduğu bildirilir.

BMT vurğulayır ki, cinsi zorakılıq Rusiya qüvvələri tərəfindən həm hərbi əsirlərə, həm də mülki şəxslərə qarşı sistemli şəkildə işgəncə aləti kimi tətbiq edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı