12 İyun 2017, 12:24 | Ana Səhifə - Yazılar - Tələbə “makulatura”sı
Tələbə “makulatura”sı

əfa Allahverdiyeva

 

Bir dəfə görmək nəsib olmadı ki, təhsillə bağlı atılan islahat, qeyri- islahat addımlarının əsasında sırf bu millətin gələcəyini, xalqın balalarının mənafeyini, parlaq taleyini düşünmə qayğısı dayansın.

Sabah parlamentdə müzakirəyə çıxarılacaq  “Təhsil haqqında” qanuna dəyişikliklərin də, milli təhsilin, savadlı kadrların  təəssübünü çəkmək məsələsi  ilə, əsla bir əlaqəsi yoxdur.

Hərçənd, bəhsə-bəhs dəstək mimikası sezdirənlər, ağızdolusu tərif rəyi verənlər  boldur.

Halbuki yanan ürəklə, düşünən ağılla, dərin proqnozla yanaşanda, mərkəzləşdirilmiş qəbul imtahanından kənara çıxıb, ali məktəbləri paralel qəbul strukturu halına gətirmək, prosesi dərəbəylik durumuna təhvil vermək, şəffaf sistemin adını ləkələmək, mahiyyətini öldürmək deməkdir.

Bu dəyişikliklə ali məktəblər öz daxillərində hazırlıq kursları yaradıb, həmin kursları tələbə olmaq istəyənlər üçün tramplinə çevirəcəklər.

Guya 11 il oxuyub, hazırlaşan gənclərin qabiliyyətsizliyini  bir illik hazırlıq kursları aradan qaldırıb, onları tələbə olmağa layiq səviyyəyə gətirəcək-gülməli bir məntiq...

          

Yəni, rəsmi təhsil sənədinə dəyişikliklər qəbul imtahanlarından kəsilən abuturiyentlərə ali məktəblərin daxilində təsəlliverici imkan, rahat şans hazırlayır. 

Bu, açıq-aydın tələbə “makulatura”sına  yaradılan optimal şəraitdir. 

Mənasız bir əsər, oxucusu olmayan, boş laqqirti deyən qəzet məcmuəsi kif iyi verən mətbəələrdə necə makulaturaya çevrilirsə, başıboş tələbələri universitetlərə doldurmaq da tərtəmiz makulatura mənası verir.

Ali məktəblərin auditoriyası,  onsuz da ilbəil aşağı salınan ballar ucbatından iki eşşəyin arpasını bölə bilməyən gənclərlə zənginləşib.  

Kəmiyyət amili keyfiyyət kriteriyasından dəfələrcə öndə addımlayır.

Hazırlıq kurslarından gələnlər hesabına bu biabırçı kəmiyyət faktorunun hansı həddə çatması görünən dağa heç bir bələdçi istəmir.

Pullu və buna bağlı formal imtahan imkanı savadsızlar ordusunun ali məktəblərə rüsvayçı  “səlib yürüşü”nü yaradır.

Təhsildə rəqabətsizlik,  11-ci siniflər üçün çətinlik varkən, keçmiş 11 –cilər üçün  zirvəyə rahat yollarla dırmaşmaq ədalət anlayışına ciddi paradoks təşkil edir.  

Onsuz da qəbulda kəsilən gənclər böyük rəqəm təşkil edir və ali məktəblər aralarında yaxşısa bölüşə biləcəyi bu “ov”a pusu vəziyyətində olduğunu, məhz bu dəyişikliklə əməlli hiss etdirir. 

Adam istəyir, bu islahatbazların ayaqlarına düşüb, gözəl taleyimiz xatirinə yalvarsın ki, nəhayətində bir dəfə də idrak edib, bərbad təhsil siyasəti ilə gələcəyə bataqlıq hazırlamasınlar.

Burada baş verənlər, əslində, tam aydındır.

Qəbul prosesində uzun zamandır, heç bir  rol almamaq pul mənbələrinə çıxışı bağlayıb;

Pullu sahəyə nəzarəti itirmək isə ac qalmaq, yaxud kasıb düşmək deməkdir.

Ali məktəblərin gözünü təhsil haqları da doydura bilmir. 

Plan yerlərinin dolmaması, yüksək təhsil haqlarını sosial kəsimdən qopara bilməmək, sonda palaz boyda nisyə siyahısı  ali məktəbləri əlavə pul mənbələri kəşf etməyə, hətta desən, testin düşməninə çevrilməyə zorlayır.      
 

Bu səbəblərdən Dövlət İmtahan Mərkəzinə  sabit bir qısqanclıq var.

Çünki tələbə qəbulu siyasətini rüşvətsiz, sosial kəsimin maraqlarına uyğun həyata keçirməklə, ali məktəblərdən artıq hörmət mərtəbəsini də fəth edə bilib.

Üstəlik, onun başındakı hələlik dəyişməz kadr Məleykə Abbaszadə, bu günlərdə kim bilir, yenə kimlərin hədəfindədir.

Kimlər qısqanclıq edir - bunca eyni postu tutması və qəbul siyasətində kimlərinsə xoşuna getməyən sərtliklərə müəllif olmasına.

Az qalırlar, açıq desinlər ki,  Məleykə Abbaszadə salahiyyətindən bir balaca pay qoparıb ali məktəb rəhbərlərinə verməlidir.

Dövlət İmtahan Mərkəzi rəhbərinin bu dəyişikliklər xüsusunda baxışı nədən ibarətdir, zənnimizcə,  gerçək düşüncə üzdən deyilən rəyin altında gizli qalacaq.
 

Ona görə ki, dəyişikliyin mahiyyətində Dövlət İmtahan Mərkəzinin funksiyalarına əl uzatmaq çabaları görünür və intriqal məsələlərdə, nadir hallarda açıq etiraz vurğusu olur. 

Burada, eyni zamanda, repititorların çörək ağacına tamah salmaq, o vəsaitə sahiblənmək xətti paralel inkişaf etdirilir. Çünki qəbul imtahanlarında  kəsilən gənclik təkrar qəbul üçün yenidən repititorları ünvan seçir.  

Qanuna dəyişikliklərin mənası bu ki, ali məktəblərə pul qapısı aralanır.

Adına “imkan qamarlama” ismi vermək mümkün bu dəyişiklik çox pis  bir tendensiyasının başlanğıcıdır; nəhayətində test sisteminin mahiyyətinin ölməsinə, rüşvətin qəbulda tədricən, başlıca meyara çevrilməsinə aparıb çıxara bilər.

Ali məktəblərin hazırlıq kursları maqnit cazibəsi ilə kütləvi maraq obyektinə çevrilib, Dövlət İmtahan Mərkəzinin faktiki lazımsız bir qurum olması müzakirələrinin başlanmasına zəmin hazırlada bilər. Nəzərə almaq lazımdır ki, test sisteminin ləğvi ilə bağlı düşüncə və təkliflər ara-sıra gündəmə gətirilir.      

Dövlət müstəqilliyinin şirin meyvəsi, onunla  birgə doğulan şəffaf qəbul sisteminin hörmətini, qiymətini  ali məktəblərin nəfsinə, tamah marağına, təhsilin qayğısına qalmaq səmimiyyətsizliyinə  qurban vermək  ciddi xəta olardı.

Xətadan qaçmaq üçünsə zaman  hələ var...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Real”ın hücumçusu koronavirusa yoluxdu 23 İyul 2021, 23:13 Rusiya nümayəndə heyəti Bakıda danışıqlara başladı - FOTO 23 İyul 2021, 22:59 Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu - FOTO 23 İyul 2021, 22:45 Samuxda piyadanı maşın vurdu, sürücü qaçdı 23 İyul 2021, 22:39 Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23