Modern.az

Tələbələri hədələyən şəxslər polisə çağırıldı

Tələbələri hədələyən şəxslər polisə çağırıldı

Aktual

Bu gün, 16:36

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələr ilə bağlı sosial şəbəkədə paylaşılan video ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub.

Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland