Modern.az

Berke Özer ayın futbolçusu seçilib

Berke Özer ayın futbolçusu seçilib

İdman

Bu gün, 21:08

Türkiyə millisinin və Fransanın “Lille” klubunun qapıçısı Berke Özer avqust ayının ən yaxşı futbolçusu seçilib.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qapıçı azarkeşlərin səsverməsi nəticəsində “Dogue du mois” mükafatına layiq görülüb. 

Berke Özer 25 may 2000-ci ildə İzmir şəhərində anadan olub. O, futbolçu karyerasına “Altınordu” klubunun akademiyasında başlayıb. Daha sonra “Fənərbaxça”, Belçikanın “Westerlo”, Portuqaliyanın “Portimonense” və Türkiyənin “Ümraniyespor” və “Eyüpspor” komandalarında çıxış edib.

Özer 2025-ci ilin avqustunda “Eyüpspor”dan “Lille”ə transfer olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?