Modern.az

Kənd sakinləri Britaniyadan “çıxmağa” səs verdi

Kənd sakinləri Britaniyadan “çıxmağa” səs verdi

Dünya

16 Sentyabr 2026, 16:39

İngiltərənin Piddinqton kəndində sakinlər yaxınlıqda 1,2 min miqrantın yerləşdirilməsi planına etiraz olaraq simvolik referendum keçiriblər.

Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, əhalisi təxminən 400 nəfər olan kənddə səsverməyə qatılanların 90 faizindən çoxu Böyük Britaniyadan “çıxmağın” lehinə səs verib.

Səsverməyə səbəb hökumətin sığınacaq üçün müraciət etmiş 1,2 min kişinin kənddən təxminən bir kilometr məsafədə yerləşən keçmiş hərbi kazarmalarda yerləşdirilməsi planı olub.

Referendum hüquqi qüvvəyə malik deyil və ölkənin tərkibindən çıxmaqla bağlı real dəyişiklik yaratmır. Sakinlər bununla miqrantların yerləşdirilməsi planına narazılıqlarını ifadə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir