Modern.az

Ermənistanın yeni Konstitusiya layihəsində kilsənin xüsusi statusu saxlanılıb

Ermənistanın yeni Konstitusiya layihəsində kilsənin xüsusi statusu saxlanılıb

Aktual

Bu gün, 18:10

Ermənistan Apostol Kilsəsi ilə bağlı müddəa ölkənin yeni Konstitusiya layihəsindən çıxarılmayıb.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbuhi Qalyan parlamentdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, kilsə ilə bağlı müddəa hazırda layihənin mətnində yer alır:

“Erməni Kilsəsi ilə bağlı müddəa yeni Konstitusiya layihəsindən çıxarılmayıb. Hazırda həmin müddəa mətnə daxil edilib”.

Qalyan xatırladıb ki, söhbət hələlik yalnız layihədən gedir və Konstitusiyanın yekun mətni ümumxalq səsverməsində təsdiqlənməlidir. Nazir yeni Konstitusiya ətrafında müxtəlif konspirasiya nəzəriyyələrinin süni şəkildə yaradıldığını da bildirib.

Qeyd edək ki, Ermənistanın qüvvədə olan Konstitusiyasında din və kilsə məsələləri iki ayrı maddə ilə tənzimlənir.

Konstitusiyanın 17-ci maddəsinə əsasən, dini təşkilatların dövlətdən ayrı olduğu və onların fəaliyyət azadlığının təmin edildiyi göstərilir.

18-ci maddədə isə Ermənistan Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında “milli kilsə kimi müstəsna missiyası” tanınır. Dövlətlə kilsə arasındakı münasibətlərin ayrıca qanunla tənzimlənə biləcəyi də qeyd olunur.

Beləliklə, Ermənistan Apostol Kilsəsi dövlət dini statusuna malik olmasa da, qüvvədə olan Konstitusiyada digər dini təşkilatlardan fərqli olaraq xüsusi tarixi və milli statusla tanınır.

Qalyan 2026-cı ilin fevral və iyul aylarında da yeni Konstitusiyada Ermənistan Apostol Kilsəsi ilə bağlı müddəanın saxlanılması və ya çıxarılması məsələsinin müzakirə edilmədiyini bildirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?