Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilər ərəfəsində ölkə vətəndaşlarına müraciət edərək onları səsvermədə fəal iştiraka çağırıb.
Modern.az xəbər verir ki, Putin seçkilərdə iştirakı “Rusiyanın qələbəsinə ümumi töhfə” adlandırıb.
“Bütün səviyyələrdə maraqlarınızı kimin təmsil edəcəyi sizin seçiminizdən asılıdır. Hər bir seçicinin səsi əhəmiyyətlidir”, – Rusiya lideri bildirib.
Putin heç kimin Rusiyanı parçalaya, qorxuda və ölkənin dövlətçilik əsaslarını sarsıda bilməyəcəyini deyib:
“Seçkilərin nəticəsi Rusiyanı zəiflətmək, inkişafını məhdudlaşdırmaq, bizi suverenliyimizdən və taleyimizi müstəqil müəyyənləşdirmək hüququndan məhrum etmək istəyənlərə ümumi cavab olacaq”.
Rusiya Prezidenti seçki kampaniyasının Ukraynada davam edən müharibə şəraitində keçirildiyini də qeyd edib. Rusiyanın Ukraynadan ilhaq etdiyi və “yeni regionlar” adlandırdığı ərazilərin sakinləri ilk dəfə Dövlət Dumasına keçirilən seçkilərdə səs verəcəklər.