28 İyul 2017, 14:28 | Ana Səhifə - Yazılar - Saxtakar oxucu olmaq...
Saxtakar oxucu olmaq...

Vəfa Allahverdiyeva 

 

Bu aralar sadə insanlardan maraqlı təşəbbüslər görünməyə başlayır: parklarda kütləvi kitab oxumanı elementar bir “gəlin oxuyaq” sözləşməsi ilə təşkil etmək.  

Parklar bu isti yay günlərində binalardan çöllərə axışan insanlar üçün yamyaşıl qazonlar üzərində qadağan edilsə də, skamyalarda vaxtı mütaliə ilə öldürən ən əlverişli bir yer  olub. 

Son zamanlar, ümumiyyətlə, kitab ticarəti üçün də optimal bir məkana çevrilib.

Milli Elmlər Akademiyasının qarşısı və Nərimanov metrosunun üstündəki parklar kitab satışının açıq havada təşkili günlərində əməlli qaynayır.  

Kitablar satılır, doğrudan da.

Kitablar maraqlı təşəbbüslər sayəsində, əsasən də hansısa bir sorğunun qarşısında üz qızarmaması  üçün  oxunur, deyəsən.

Əsas məsələ isə oxumaq xatirinə oxumaq deyil.

Kitabda sosial-ictimai problemlərin qoyuluşuna, əsərin leytmotivinə diqqətli olmaq, yəni, gözlərin sətirlərə tökdüyü zəhməti ağlın gücü ilə qavrayıb, analiz edə bilməkdir. 

Kitab oxuyanların neçə faizi ideal oxucudur-bilmirik.

Amma rusdilli oxucu istisna olmaqla, azərbaycandilli oxucu təbəqəsinin əksəriyyəti kitaba fors, özünü yüksək, kübar, intellektli təqdim etmək, sanki kiməsə hesabat vermək üçün sarılır-bu aralar. Həm də parklarda...

Çünki ikicə dəqiqənin içərisində, əksərinin timsalında sorğu-sualla isbat olunması mümkündür  ki, əldə tutulan kitabın səhifələrində yalnız gözlər gəzişib; bu  göz qavramından nə beyinə, nə ürəyə- heç nə köçməyib.  

Çiçəklənən kitab biznesinin, toplumun kitaba laqeydliyini yalanlayan bu qaynar alış-veriş və oxuma  mənzərəsinin qüsurlu cəhəti məhz bununla bağlıdır. Saxtakar oxucu olmaqla.

Alırsan, oxuya bilmirsən. Oxuyursan, qavramaq üçün deyil, sadəcə, göz gəzdirib kənara atmaq üçün. 

Hətta məktəbli övladlarımız belə, bu tətil günlərində oxuma məsləhətində böyüklərinə kəf gəlməyə çalışır.  

Gah tavanı, gah döşəməni gözlə süzmək, ətrafdakı səslərə reaksiya verməklə, eyni anda kitabı əldə oxumuş kimi tutmaq, təkcə kənar nəzərləri aldatmaq yox, ilk növbədə özünü aldatmaqdır.  

Üstəlik, çağdaş insanın bioloyi, yaradılışdan gəlmə, bəlkə də ekoloji fəlakətlərin, sosial-psixoloji mühitin bais olduğu  qüsurları da var-yaddaşsızlıq və fikir dağınıqlığı.   

Əsl oxucunun üzə çıxmasına əngəl olan başqa bir faktor.  

Kitablarda bir günah yox. İdeal oxucu olmağa səy edənlərdə də bir qəbahət yox.

Gündən-günə zəfləyən hafizə, fikri sosial problemlərə kilidləyən ağır iqtisadi durum, yaşamaq uğrunda mübarizə.        

 

                                         ...    

Gündəlik çap mətbuatı isə hafizəsi möhkəm oxucu istəmir. O, ümumiyyətlə, oxucu axtarır.

Yalançı oxucu kateqoriyası da onun varlığını tanımağa azacıq ilgi göstərmir.

Beləcə, çap maşınları hər gün minlərlə tirajlı qəzet və jurnalları boşu-boşuna istehsala hazırlayır.

Dövlətin dotasiyası, maddi dəstəyi elə bir arxayınlıq yaradır ki, çap mətbuatı oxucu qazanmağın üsulları axtarışına meyl etmir. Bu yerdə ağlın ucundan bir düşüncə keçir ki, bir halda qəzetlər özü yazıb, özü oxuyursa, bunlar ümumiyyətlə, dövriyyədən çıxsın.

Onda da biz yüzillik qəzetçilik ənənəsinə xəyanət etmiş oluruq.

İş ondadır, özləri yazıb, özləri oxuyan ki deyirik, heç bir həmkar öz dəyərli həmkarının yazılarını sistemli, əvvəldən axıra, ya da yarımçıq-ümumiyyətlə, oxumur.

Bir halda ki, qələm adamı özü məqalə, təhlil, araşdırma, yaxud ən maraqlı janr- müsahibə oxumur, mövzu tapmaq üçün baxılma istisna olmaqla, onda qohumun-tanışın, uzaq birisinın oxuculuğu bacarmaması, pis oxucu olması ictimai tənqidin predmetinə çevrilməməlidir.    

Ciddi yazılar heç oxunmur.

Nüfuzlu saytlarda müəlliflərin yazısının oxunma sayı 7-12 min göstəriləndə, beyinə bir siqnal gəlir ki, burda mütləq  mübaliğə var. Azərbaycanda bu qədər oxucu olsaydı, biz həddən ziyadə xoşbəxt toplum olardıq.

Elə-belə maraqla düyməyə toxunma vərdişi müəllifin nə çəkisini artırır, nə də oxucu təbəqəsinin varlığına işarə edir. Baxmayaraq ki, hamı sinəsinə döyür.          

Dərd ondadır ki, cəmiyyətin böyük bir kəsimi, xüsusən də çağdaşlar elmdən, tarixdən, siyasətdən, sosiolojidən kənar-daha çox bəsit ailə-məişət, şou aləminə aid mövzulara-şəkillərə  düşkündür və saytlarda onların oxunma, baxılma sayı sözün bütün mənalarında real göstəricidir.  

Bu mövzularda yetərincə parlaq, həqiqi oxucu tapmaq mümkündür-yüngül, vulqar mahiyyətli informasiyanın az qala  içinə girir, nəfəs almadan oxuyur, tam mənimsəyir, örnək götürməyə səy edir,  təsiri altına düşür. 

Belə oxucu isə  nə ailəsinə, nə cəmiyyətə nəsə verməyə qadir olmur.     

                                       ...

Ötən əsrin əvvəllərində doğulmuş atam ideal oxucudur.  Nizamidən, Füzulidən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Zəlimxandan, Məmməd Arazdan saatlarla yorulmadan şer deyən, həm də deməyən-onları təhlil etməyi bacaran, dünya müharibələri, tarixi hadisələr və şəxsiyyətlər haqqında yüzlərlə fakt bilən, bu faktları öz düşüncəsindən keçirib, subyektiv yanaşmanı bacaran, dövlətin hazırkı sosial qanunlarını keçmiş bilgiləri, gördükləri ilə çulğalaşdırıb, sanki uzman kimi izah edən  80 yaşlı, ali təhsili olmayan, diplomsuz diplomludur-heç bir mübaliğəsiz.

Ona bu diplomu bu yaşında belə tükənməyən oxuma eşqi verib.


Unikal yaddaşı, zəif görən gözləri ilə Azərbaycanın gündəlik mətbuatının bütün nümunələri, köhnə və yeni ədəbiyyat  arxasında oturma həvəsi, axtarmaq, öyrənmək  əzmi, geniş səbri qazandırıb.

Utanıram...O, övladlarıma nələr öyrətmir!

Mənim öyrədə bilmədiklərim...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:55 Türkiyədə yanğında ölənlərin sayı artdı    1 Avqust 2021, 17:53 Əhliman Əmiraslanov: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğının genişlənməsinin qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59