25 Oktyabr 2017, 12:10 | Ana Səhifə - Yazılar - Ailə sirri
Ailə sirri

Hidayət Elvüsal

 

Bu hekayənin müəllifindən çox-çox üzr istəyirəm ki, adını unutmuşam. Mövzu ailə sirrinə həsr olunmuşdu. Belə ki, bir nəfər arvadından ayrılır. Dostu bunun səbəbini soruşanda deyir:

- Olmaz, qardaşım. Atasının, qardaşlarının qulağına çatar, ayıbdır.

İllər ötür. Bəlkə də çoxu bu hadisəni unudur. Dostu yenə səbəbini xəbər alır. O isə:

- Bəlkə onu bəyənən, ailə qurmaq istəyən oldu. Gedər, qulağına çatar.

Yenə illər ötür. Qadın ərə də gedir. Dostu bir də soruşur:

- Heç olmasa indi o səbəbi deyə bilərsənmi?

- Ayıbdır axı, - deyir - Ailə qurub, oğlu-qızı var. Onlar eşitsə nə deyərlər?

Bax, beləcə bu ailə sirri açılmır. Əslində Azərbaycanda, xalqın həyatında, düşüncəsində ailə sirrinin qorunması milli cəhətdir. Əgər ailəyə “kiçik dövlət” deyiriksə, bu dövlətin sirri də qorunmalıdır.

Amma həmişə qorunmur.

Hamısının şahidi olduğu, televiziya ekranından bütün aləmə, dünyaya yayılan “ailə sirləri”ndən bir-ikisini misal göstərmək istərdik.

Nurlan Əzizbəyli! Səhv etmirəmsə fəxri adı da var. Günlərin birində onu ekranda, əlacsız vəziyyətdə gördük. Arvadı evdən qovmuşdu... Və Nurlan ekrana çıxıb hamıdan imdad diləyirdi. Yox, bu şou deyildi, oxşamırdı, real hadisə idi. Müzakirələr başlandı, məsələdən xəbər tutmayan qalmadı. Ailə sirri aləmə yayıldı. Sonda nə yaxşı ki, barışıq oldu, yenidən birgə həyat sürdülər. Amma heç şübhəsiz ki, əvvəlki ailə dadı-tamı qalmamışdı.

Daha sonra Musa Musayev meydanı zəbt elədi. Onu da arvadı qovmuşdumu, ya ayrılmaqmı istəyirdi, yadımda deyil. Amma günlərlə bu ailənin də “kütləvi müzakirəsi” getdi. Sirlər çözələndi, aləm bir-birinə dəydi. Bunun da sonu barışıq oldu, sirlər isə aləmə yayıldı.

Hə, şou-biznes deyilən o aləmdən misallar gətirirəm, çünki, o sirlər hamı gördü, hamı bildi. Və daha qəribələri var - Rəqsanə.

Heç unutmamışıq. Bu xanım hamiləliyini demək olar ki, ekranda keçirdi. Hər gün üzr istəyirəm, qarnını nümayiş elədi. Dedi ki, mənim xalqımdan heç bir sirrim yoxdur. Nəyim varsa göz önündədir.

Əslində hamiləliyi-zadı göz önündəydi. Amma… uşağın atasını xəbər alanda Rəqsanə bu sirri bərk-bərk saxladı:

- Atası bir dostumdur (?!!).

Bax, belə “ailə sirri” açılmadı. O “ər”, “sevgili”, “dost” naməlum qaldı.

Və bütün bu şou-biznes xəstəliyi yavaş-yavaş yayılmağa başladı. İndi ekranda, qəzetlərdə, saytlarda onlarla ailə sirri hər kəsə məlum olur. Bir tərəfdən yaxşıdır - köməksiz, şiddətə məruz qalanlar, dəstək görə bilirlər. Amma bəzən o qədər primitiv, əttökən məsələlərlə vaxtımızı alanlar olur ki, Nurlan Əzizbəyliyə şükür eləyirsən. Hətta kimsə arvadı tərəfindən döyüldüyünü iddia edir. Ailənin sirri-sözü qalmır ki, milyonlara söyləməsin.

Nə olur bizə? Ailə institutu bu qədərmi sarsılıb? Bu məsələ ilə bağlı bir dövlət komitəsi də yaradılıb. Milli mentalitet, adət, ənənə, böyük-kiçik… də öz yerində. Amma…

Və yenə həmin hekayəni xatırladım. Bir daha müəllifdən üzr istəyərək, belə gözəl bir əsər yaratdığım üçün təşəkkür etmək borcumuzdur. Ailə sirrini qoruya bilməmək, dövlət sirrini də qoruya bilməmək kimi bir məsələdir.

Bu yerdə demokratiyadan, şəxsi həyatdan, azadlıqdan-zaddan nəsə uydurmayın. Söhbət AİLƏDƏN gedir.

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanlı hakim Tokio Olimpiadasında hakimlik edəcək 12 May 2021, 12:27 Əli Əsədov Rusiya baş nazirinə başsağlığı verib 12 May 2021, 12:06 Bu il 44,3 min şəxsə sosial ödənişlər təyin olunub 12 May 2021, 12:03 Sabahın hava PROQNOZU 12 May 2021, 11:47 Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51