Modern.az

Gəldi məktəb zamanı...

Gəldi məktəb zamanı...

15 Sentyabr 2009, 09:30

BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİMLƏRDƏ BAKININ AZAD OLUNMASI TARİXİ DƏ ANILDI

Müəllim və şagirdlərin çoxdan gözlədikləri 15 sentyabr-Bilik Günü gəldi. Ölkədə fəaliyyət göstərən 4500-dən çox ümumtəhsil məktəbində üç aylıq tətildən sonra birinci zəng çalındı. Modern.az-ın əməkdaşı Bilik Gününün sevinc və həyəcanını müəllim və şagirdlərlə birgə yaşamaq üçün Nərimanov rayonundakı 73 saylı orta məktəbə baş çəktb. Təkcə məktəblilərin deyil, həm də onları müşayiət edən valiydenlərin çöhrəsində sevinc və fərəh hissləri var idi. Üç aylıq ayrılıqdan sonra yenidən hər gün görüşəcək köhnə dostalr bir-birlərini salamlayır, müəllimlərini isə bu əlamətdar gün münasibətilə təbrik edirdilər. Üz-gözlərindən sevinc qarışıq həm də həyəcan hiss olunan 6 yaşlı birinciləri də başa düşmək çətin deyildi. Axı ilk dəfə məktəb qapısını açmaq onların həyatında yeni bir hadisə idi.
Əvvəlcə məktəbin həyətində yeni dərs ilinin açılış mərasimi keçirildi. Tədbir müəllim, şagird və valideynlərin Azərbaycan himnini oxumalarıyla başladı. Toplantı iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edən direktor Şölə İbrahimova 15 sentyabrın həm də Azərbaycan tarixində baş verən çox əlamətdar bir hadisə ilə bağlı olduğunu vurğuladı. O, düz 91 il öncə məhz bu gündə Azərbaycan və türk əsgərlərindən ibarət Qafqaz İslam Ordusının Bakını bolşevik və daşnaklardan azad etdiyini xatırlatdı.
Sonra müəllim və valideynlər çıxış etdilər. Lap axırda söz şagirdlərə verildi. Onlar vətənə, anaya, qəhrəmanlığa, şəhidlərə aid şerlər söylədilər. Nəhayət hamının səbirsizliklə gözlədiyi an gəlib çatdı. Şagirdləri sinif otaqlarına səsləyən birinci zəngin sədası ilə «ura!» səsləri bir-birinə qarışdı. Əvvəlcə böyük yaşlı şagirdlər siniflərə daxil oldular. Növbə birincilərə çatanda maraqlı olayların şahidi olduq. 6 yaşlıların bir qismi həvəslə dərs otağına daxil olsa da, bəziləri qorxudan ağlayır, valideynlərinin əllərini buraxmaq istməyərək onları da özlərilə siniflərə getməyə məcbur edirdilər. Müəllimlərin işə qarışmasından sonra balacaları siniflərə toplamaq mümkün oldu. Birincilərin valideynlərilə bərabər biz də səbrimizi basıb ilk tənəffüsü bildirən zəngin çalınmasını gözlədik. Tənəffüs olan kimi bayıra çıxan birincilər onları həyətdə gözləyən ata-analarının üstünə, yuxarı sinif şagirdləri isə yaxınlıqdakı şirniyyat mağazasına qaçdılar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi