Modern.az

"Powerbank" yandı - təyyarədə gərgin anlar

"Powerbank" yandı - təyyarədə gərgin anlar

Dünya

28 Sentyabr 2026, 05:35

Frankfurt-Mayndan Lissabona uçan “Lufthansa”ya məxsus sərnişin təyyarəsi göyərtəsində poverbankda baş verən yanğın səbəbindən Lionda təcili eniş edib.

Modern.az xəbər verir ki, bu barədə “Lufthansa” sözçüsü məlumat yayıb.

Bildirilib ki, hadisə dünən axşam baş verib. Poverbank sərnişin oturacaqlarından birinin yaxınlığında alovlanıb. Ekipaj cihazı xüsusi çantaya yerləşdirərək yanğını tez bir zamanda söndürüb.

Təhlükəsizlik səbəbi ilə pilotlar Lionda təcili eniş etmək qərarına gəliblər və eniş icazəsi üçün fəlakət siqnalı göndəriblər.

Qeyd edək ki, göyərtədə 198 sərnişin və altı heyət üzvü olub. Xəsarət alan yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır