23 Fevral 2018, 12:37 | Ana Səhifə - Yazılar - “Begomot”
“Begomot”

Hidayət Elvüsal

Bu günlərdə hamı kimi mən də bir balaca nasazlamışdım, üstünüzə sağlıq. TV həkimləri buna əndrəbadi adlar qoysalar da, soyuqdəymə idi. Yəni dünya binə olan gündən qış fəslində heç olmasa bir dəfə timo (tuşov) olmaq gərəkdir ki, adına “qrip” də deyirlər.

Və elə ki, bu qrip mövsümü başlandı, ekran yenə həmin o telehəkimlərlə doldu-daşdı. İndinin özündə də ekrandadırlar. Biri deyir, belə eləyin. O biri deyir yooox, elə eləyin, belə eləsəniz elə-belə olarsınız.


- Pamidor yeyin.

- Soğan-sarımsağı bol eləyin.

- Su için.

- Yox, çay için.

- Yatın.

- Durun.

- ...

- ...


Daha sonra dərman tacirləri məsələyə əl qoyur:


- Tetratsklin!

- Penitsillin!

- Nonqripi!


Hələ yeni dərman adları da fikirləşib, tapıblar. Yəni illər boyu tanıdığımız dərmanları təzə adlar qoyublar. Məsələn, Züleyxaya “Zülya”, Balaxanıma “Bela” demirik? Bax onlar da bu məsələdən faydalanırlar:


- Truska!

- Pensilka!

- Canka!

- Canculacuyka!

- Paxanka!

- Maxanka...


Daha nələr? Amma içənlər olur o dərmanları. Nə xeyri? Elə bil saman udurlar. Heç bir xeyri yoxdur. Amma pullar qazanırlar haa!

Və mən indi yaxşıyam. Xramçaylı gəlmişdi, sağ olsun. Aptekdən aldığım dərmanları sellofan torbaya doldurub zibil yeşiyinə tulladı:

- Qrip olanda bir belə dərman içməzlər! - dedi.


Sonra ayağımı isti suya qoydu. Sirkə ilə belimi-başımı ovdu. Sulu xəngəl bişirdi. Zoğal mürəbbəsi ilə çay verdi. Özü də yavaş-yavaş yığışıb evinə getdi. Gedəndə də bərk-bərk tapşırdı:


- Sabah evdə qal. Başını-gözünü yu. O biri gün işinə get.


İndi işdəyəm. Və çox adam yoxdu. Maaşını alan apteklərin yolunu tutub. Deməli... Hələ beş-on gün gələn olmayacaq.

Mənim də əlimdən gəlmir. Yoxsa hərəsinə bir qab sulu xəngəl, bir stəkan mürəbbəli çay, sirkə, sarımsaq...


Axşam televizorda yeni bir dərmandan danışdılar. Adı da çox nəhəng idi. “Begomot!” Onu təqdim edən həkim deyirdi ki, bir-iki həb udursan, o saat ayağa qalxırsan.


Səhər o dərmanı içən qonşunun dalınca təcili yardım gəlmişdi. Dedim nə olub? Arvadı qıpqırmızı oldu. Bir də soruşdum. Cavab olmadı. Məsumə arvad göz elədi ki, bəri gəl, xəbərlərdən xəbərin yoxdu. Çəkildik bir kənara. Əvvəl-əvvəl uğundu, sonra birtəhər özünü ələ aldı:


- Begomot içib.

- Noulsun?

- Başına xeyir! Ə, içəndən sonra qalxıb, evin içində arvadın qovorağını götürüb.

- Niyə? Hirslənib?

- Ətin tökülməsin! Nə hirs, ə? Bu begomot qrip dərmanı döyülmüş. Qalıb depoda, alan olmayıb. Görüblər xəstəlik başlanıb, soyuqdəymə adıynan sırıyıblar camaata.

- Bu nə dərmanıdı?

- Ə, vazbuditeldi daa!

- Nə?

- Hə! O miaqradı, nə zəhrimardı, onu kimi bir şey. Səhərə qədər kişini divara dırmaşdırıb. Gah balkona, gah soyuq suyun altına. Arvad əlindən qurtaranda fövqəladə hallara zəng eləyib.

Bayaqdan görürəm axı, yazıq arvad utandığından heç kimin üzünə baxa bilmir.

Neynəsin? Bir qab sulu xəngəl, bir stəkan mürəbbəli çay hara, “Begomot” hara?

Özü də xəstə vaxtı...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23 Deputatlar Eldəniz Səlimova görə toplanır - Son qərar veriləcək 3 Avqust 2021, 00:11 Ronaldo “Real”a qayıtmaq istəyir 3 Avqust 2021, 00:01 Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50 “YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39 Türkiyədə beş gündə 132 yanğın olub   2 Avqust 2021, 23:33 Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56