Modern.az

Baş nazir Kiyevə səfərini ləğv etdi

Baş nazir Kiyevə səfərini ləğv etdi

Dünya

18 Sentyabr 2026, 15:10

Slovakiyanın Baş naziri Robert Fitso 18 sentyabrda Karpat zirvəsinə qatılmaq üçün Ukraynaya səfərini son anda ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə "RBC-Ukraine" mənbələrə istinadən məlumat yayıb. 

"Mənbələr bildirir ki, Slovakiya Baş nazirinin Ukraynaya səfəri həqiqətən də hazırlıq mərhələsində idi, lakin son anda ləğv edildi", - deyə KİV yazıb.

Nəşr həmçinin qeyd edib ki, Fitsonun Ukraynaya səfər etməkdən imtina etməsinin səbəbi sağlamlıq problemləri ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri