Modern.az

QHT-lər Ermənistanın diplomatik korpusa qarşı kampaniyasını pislədi

QHT-lər Ermənistanın diplomatik korpusa qarşı kampaniyasını pislədi

Ölkə

Bu gün, 15:44

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura sonuncu səfərinə verdiyi reaksiyanı qəti şəkildə pisləyib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Ermənistanın müxtəlif dairələrinin səfərlə bağlı reaksiyası mahiyyət etibarilə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və açıq-aşkar irridentizm cəhdidir.

"Ermənistanda bir mərkəzdən idarə edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır olmadığı aşkara çıxdı. "Real Ermənistan" hekayəti iflasa uğrayır", - bəyanatda vurğulanıb.

Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmasının vacibliyi qeyd edilib.

Bəyanatda Ermənistanın baş nazirinin Gəncəsər məbədinin erməni mənşəyini "sübut etmək" üçün Matenadaran institutunun rəyinə istinad etməsi də tənqid olunub:

"Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq mərəzindən, düşmənçilikdən yorulmadınızmı?"

Vətəndaş cəmiyyəti nümayəndələri 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin nümayəndələrinin yenidən peyda olaraq müxtəlif diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara məktublar ünvanlamasına da münasibət bildiriblər.

"Azərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış, Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir!" - deyə bəyanatda bildirilib.

Bəyanatda Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş və saxtalaşdırılmış mədəni və dini irsinin də unudulmadığı vurğulanıb.

"Sərdar sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini unutmamışıq!" - sənəddə qeyd olunub.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan hökumətini Azərbaycanla sülh gündəliyinə sadiq qalmağa, "isteriyaya və düşmənçiliyə son qoymağa", Azərbaycana qarşı irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməyə çağırıblar.

Bəyanatın sonunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycanın dövlətinin Ermənistan və onun havadarları tərəfindən ölkəni hədəf alan bu cür əməllərin qarşısının qətiyyətlə alınacağına əmin olduqları bildirilib.

İmzalar:

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti

2. Hacı Abdulla – "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi

3. Xətai Ələsgərov – "Dədə Ələsgər Ocağı" İctimai Birliyi

4. Oğuz Məmmədov – "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyi

5. Fuad Məmmədov – "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası

6. Zaur Məmmədov – "Bakı Politoloqlar Klubu" İctimai Birliyi

7. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi

8. Tural Gəncəliyev – "Qarabağa Dönüş" İctimai Birliyi

9. Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyi

10. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu

11. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyi

12. Şəbnəm Səfərova – "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyi

13. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu

14. Səltənət Qocamanlı – "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi

15. Novella Cəfərova – "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyi

16. Səadət Bənənyarlı – "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi

17. Aqil Camal – "Ortaq Dəyərlər" İctimai Birliyi

18. Hafiz Səfixanov – "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi

19. Rey Qasımov – "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyi

20. Əmir Əliyev – "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyi

21. Müşviq Ələsgərli – "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi

22. Xatirə Vəliyeva – "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi

23. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

24. Zaur İbrahimli – "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi

25. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi

26. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi

27. Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi

28. Cəsarət Hüseynzadə – "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi

29. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi

30. Əhməd Abbasbəyli – "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi" İctimai Birliyi

31. Fuad Abbasov – "Misra" İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi

32. Fuad Hüseynzadə – "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi

33. Anar Xəlilov – "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi

34. Xalid Kazımov – "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi

35. Elşad Məmmədli – "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi

36. Kəmalə Ağazadə – "Azərbaycan Uşaqları" İctimai Birliyi

37. Əfsələddin Ağalarov – "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi

38. Yadigar Məmmədli – "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi

39. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

40. Mübariz Əsgərov – "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi

41. Tünzalə Abdullalimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

42. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyi

43. Vüqar Qədirov – "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi

44. İradə Rzazadə – "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

45. Kəramət İsmayılov – "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyi

46. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

47. İlqar Hüseynli – "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyi

48. Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondu

49. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi

50. Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyi

51. Fəridə Mirişova – "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi

52. Lalə Sərdarlı – "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi

Whatsapp
Bizə yazın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?