12 Aprel 2018, 11:17 | Ana Səhifə - Yazılar - “ADA” Universitetindən fədakarlıq nümunəsi
“ADA” Universitetindən fədakarlıq nümunəsi

Vüqar Tofiqli

Bu günlərdə uzun illərdən bəri tanıdığım Şəfəq Akif qızından “ADA” Universitetində  keçiriləcək bir tədbirə dəvət aldım. Mövzunu soruşdum. Qısa şəkildə “Raquf Orucova həsr edilən bir tədbirdir. Sənin üçün də maraqlı olar” dedi. Həmişə olduğu kimi, vaxtından əvvəl tədbirə qatılmaq üçün universitetə gəldim. Tanıdığım xeyli insanla görüşdüm. Mənim üçün bəlli oldu ki, “ADA” Universitetinin Tələbə Şurası və “Aprel şəhidləri 2016: şəhid ailələrinə dəstək” İctimai Birliyi Aprel qəhrəmanı Raquf Orucova həsr olunmuş  anım mərasimi təşkil edib. Belə mötəbər tədbirlə bağlı yaddaşımda dərin iz buraxan bəzi məqamları diqqətə çatdırmaq istərdim.

                                                                           ***

Polkovnik-leytenant Raquf Orucov - bu ad Aprel döyüşlərindən də əvvəl hər birimizə bu  və ya digər formada tanış idi. Şəxsən görüşməsəm də, hərbçi haqqında müəyyən bilgilərim var idi. Cəsur komandirin fədakarlığı, Vətəninə və dövlətinə sədaqətlə xidmət etməsi barədə  çoxlu rəvayətlər yaranmışdı. Bəlli olan odur ki, Raquf Orucov əsl azərbaycanlı idi. Damarlarında türk qanı axırdı. Ağdamın ən ucqar dağətəyi  kəndində dünyaya gəlmişdi. Tərcümeyi-halında Cinli kəndi yazılsa da, əslində kəndin adı Sofuludur. Bu da qədim “Sofulu” türk tayfasının adı ilə bağlı idi. Ötən əsrin əvvələrinə kimi Quzanlı qəsəbəsinin Xaçın çaya yaxın ərazisində Əjdaha təpəsi deyilən ərazidə yüz evdən ibarət Sofulu kəndinin olduğu deyilirdi. İnqilabdan əvvəl Yevlax və Ağdaşdan Şuşaya gedən şosse yol məhz bu kənddən keçib və bu burada yol evi də olub. Bu arada qeyd edim ki,  eyniadlı kənd Ağdamla yanaşı, Cəbrayılda və Qazax rayonunda var.

Mətləbə qayıdaq.

Beləliklə, Raquf Orucov tanınmış türk tayfasının nümayəndəsi idi. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində anası düşmən gülləsinə tüş gəlmiş, ailəsi məcbur köçkün kimi iki dəfə yaşayış yerini dəyişmək məcburiyyətində qalmışdı. Gənclik illərində yaşı icazə verməsə də, özünümüdafiə dəstələrinə qoşulmuşdu. Artıq öz həyatını necə quracağını və düşməndən ana vətəninə qarşı edilən ədalətsizliyə qarşı necə mübarizə aparıcağına qərar vermişdi.

Nəticədə ali hərbi təhsil almış və öz istəyi ilə  cəbhə bölgəsində  gedən döyüşlərdə yaxından iştirak etmiş və elə xidmətinin ilk illərində göstərdiyi şücaətə görə Ulu Öndərin imzasıyla medalla təltif edilmişdi.

***

Tədbirdə qəhrəmanın oğlu, bu gün  “ADA” Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Aqşin Orucovun çıxışı hələ uzun illər yaddaşımdan silinməyəcək: ürəkli, məzmunlu və kövrək notlarla dolu bir çıxış. Aqşin ADA-da təhsili məhz atasının tövsiyəsi ilə seçdiyini də diqqətə çatdırdı. Onun bu çıxışını və Universitetin rektoru Hafiz Paşayev adından çiçəkləri qəbul edən şəhid polkovnik-leytenantın xanımı, iki övlad böyüdən Sevinc xanımın  ayaq üstə alqışlanması isə sözlə ifadə etmək mümkün deyil.

Bu arada tədbir iştirakçısı, peşəkar jurnalist  Elşad Eyvazlının dərhal Aqşinə yaxınlaşaraq  təşəkkür etməsi  və  çıxışın mətnini eksklüziv olaraq Modern.az saytına verməsi üçün əldə etməsi  diqqətimdən yayınmadı. Kənardan görünən o idi ki, əlyazma  bir nəfəsə yazılmşdı.

***

Tədbirdə “ADA” Universitetinin aparat rəhbəri Şəfəq xanım ali təhsil ocağının Vətən uğrunda şəhid olan ailələrə göstərdiyi qayğı və həyata keçirdiyi layihələrdən danışdı. Universitetin bütün istiqamətlərdə olduğu kimi fədakarlıq nümunəsinin  gənc nəslin nümayəndələri arasında təbliğinə də geniş yer verməsi diqqətəlayiqdir.

Şəhidlərin ruhu Azərbaycan dövlət himninin sədaları ilə anıldı. Söz Milli Məclisin üzvü Qənirə Paşayevaya  verildi. Bu məqamda əlavə edim ki, sıx-sıx olmasa da, tədbirlərdə xanım millət vəkili ilə hərdən görüşürük. Hətta  müəllifi olduğum “XX yüzilin Ağdamı” kitabının təqdimatında qatılmaqla alovlu çıxış da etmişdi. Ağdam Çörək Muzeyinin bərpasıyla  bağlı isə təklifimizi dəstəkləmişdi.

Qənirə xanım çıxışına gənclərə tövsiyəsi ilə başladı: “Bizim  himnimiz yüz minlərlə insanın qanı bahasına yoğrulub. Odur ki onu hər zaman ürəkdən oxumalıyıq. Bunu unutmamanız lazımdır!”.

Komandir Raquf Orucovu yaxından tanıdığını deyən millət vəkili onun haqqında geniş çıxış etdi, şücayətindən danışdı və gəncləri polkovnik-leytenant kimi qəhrəmanlardan örnək götürməyə çağırdı.

“Torpaq uğrunda ölən varsa, Vətəndir” kəlamını xatırladan Q.Paşayeva Aprel döyüşlərinin əhəmiyyətindən, igidlərimizin qanı bahasına azad edilən Vətən torpaqlarının müqəddəsliyindən danışmağı da unutmadı. Sonda "ADA" Universitetinə qəhrəman şəhidlərimizlə bağlı keçirdikləri tədbirlər üçün təşəkkürünü bildirdi.

***

Düşünürəm ki, tələbələr üçün bu tədbirin böyük əhəmiyyəti oldu. İstər qəhrəmanın elə “ADA”da təhsil alan oğlunun çıxışı, istər Universitet tərəfindən nümayiş etdirilən video roliklərdəki süjet xətti onlara təsir etmişdi. Hətta Şəfəq xanımın bir ara çıxışı zamanı qəhərdən özünü zorla saxlaması onların gözlərindən yayınmadı. Hiss edirdin ki, sanki döyüş bölgəsindədirlər və komandirin əmrini gözləyirlər.

Belə tədbirlər nə qədər çox keçirilsə, Şəfəq Akifqızı çıxşında söylədiyi kimi, təqvimlə anılması deyil hər zaman təkrarlansa, gənclərimiz Azərbaycanın qəhrəman oğul və qızlarının peşəkarlığı və fədakarlığının müstəqil dövlətimizin mayası olduğunu yaddaşlarında həmişəlik həkk edərlər.

İstər Raquf Orucovu, istərsə də digər qəhrəmanları yetişdirən Azərbaycan torpağıdır. Və bir gün bu torpağın üstündə inamla addımlayan Azərbaycan gənci Ali Baş Komandan İlham Əliyevin əmriylə öz torpağına sahib çıxacaqdır. O şərəfli gün uzaqda deyil !!!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Mediasiya prosesinə dair tələblər dəyişir 23 İyun 2021, 09:18 AVRO-2020-də bu gün 4 görüş keçiriləcək - qrup oyunları yekunlaşır 23 İyun 2021, 09:12 Polis vətəndaşa qarşı zor tətbiq edib? - Rəsmi cavab 23 İyun 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 23 İyun 2021, 09:00 Milli Məclisin Aparat rəhbərliyi TƏLTİF EDİLDİ 23 İyun 2021, 08:54 ABŞ İranın 30-dan çox internet saytını blokladı 23 İyun 2021, 08:46 Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: Jak Şirak qudurub!” 23 İyun 2021, 08:39 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin ikinci mərhələsi başlayır  23 İyun 2021, 08:34 Bu gün daha bir qrup erməni terrorçunun məhkəməsi KEÇİRİLƏCƏK 23 İyun 2021, 08:25 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 00:58 Kürdəmirdə mübahisə ölümlə nəticələndi 23 İyun 2021, 00:43 Arayik Rusiya sülhməramlılarını və Yerevanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var! 23 İyun 2021, 00:34 Abşeronda 33 yaşlı kişi bıçaqlandı 23 İyun 2021, 00:22 UEFA-dan azarkeşlərlə bağlı yeni qərar 23 İyun 2021, 00:10 ABŞ İranın internet portallarını blokladı 22 İyun 2021, 23:57 Batmaqda olan 4 nəfər xilas edildi 22 İyun 2021, 23:42 Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır 22 İyun 2021, 23:29 ATV-də axtarılan yeniyetmənin meyiti dənizdən tapıldı 22 İyun 2021, 23:13 Yaponiyada vulkan püskürdü 22 İyun 2021, 23:07 Göygöldə yaşlı qadın özünü asdı 22 İyun 2021, 22:53 Xəzərdən meyiti tapılan şəxsin kimliyi bilindi - YENİLƏNİB 22 İyun 2021, 22:41 Teymur Rəcəbov bu dəfə 9-cu oldu 22 İyun 2021, 22:33 Bakıda süpürgəçi qadını maşın vurdu 22 İyun 2021, 22:22 BDU-nun müəllimi vəfat etdi - FOTO 22 İyun 2021, 22:08 AŞPA üzv ölkələri əhalini gəlir və sosial müdafiə ilə təmin etməyə çağırdı 22 İyun 2021, 21:59 "Mina xəritələrinin verilməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək" - Baş katib 22 İyun 2021, 21:46 Türkiyəli futbolçu rəsmən “İnter”də - FOTO 22 İyun 2021, 21:33 Türkiyədə yoluxma və ölüm sayı yenidən artdı 22 İyun 2021, 21:19 Hərbi Dəniz Qüvvələrinin təlimində gecə atışları yerinə yetirildi 22 İyun 2021, 21:05 Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinləri Moskvada görüşdü 22 İyun 2021, 20:53 Azad edilmiş ərazilərimizdə əsgərlərlə görüş keçirildi - FOTO 22 İyun 2021, 20:39 Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü 22 İyun 2021, 20:25 Teymur Levona qalib gəldi 22 İyun 2021, 20:14 Etirazların hədəfləri: Xankəndidə nə baş verir? - TƏHLİL 22 İyun 2021, 19:52 Separatçı liderlər əfv olundu 22 İyun 2021, 19:25
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?