Modern.az

“Bakıdakı restoranlara deyirəm, bu meydan, bu şeytan”

“Bakıdakı restoranlara deyirəm, bu meydan, bu şeytan”

18 Sentyabr 2009, 16:51

Oktyabrın 5-dən 10-dək Bakı şəhərində Beynəlxalq İslam kulinariya festivalı keçiriləcək. Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Modern.az-a bildirib ki, festivalda 15-ə yaxın ölkənin nümayəndəsi iştirak edəcək. O, Bakıdakı özündən deyən restoranların aşpazlarını da festivala dəvət edib: “Özünə güvənən, mənəm-mənəm deyən restoranları yarışa dəvət edirəm. Səhərdən axşama qədər telekanallarda pafoslu reklamlar verirlər ki, “Azərbaycan, Avropa mətbəxinin ləziz təamlarını bizdə dadın”. Demirlər ki, dünyanın filan yarışlarında “yer tutmuşuq, biz ən yaxşıyıq”, gəlsinlər, özlərini göstərsinlər. Bu meydan, bu da şeytan”. Qeyd edək ki, “Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” layihəsi çərçivəsində keçiriləcək festivalda İslam ölkələri ilə yanaşı, İslandiya, Serbiya və MDB dövlətlərindən də kulinarlar iştirak edəcəklər. Bakı İdman Sarayında təşkil olunacaq festivalın iştirakçıları kulinariya sahəsində 9 nominasiya üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Qalibləri Beynəlxalq Kulinarlar Federasiyasının nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.

                                         

                             

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır