6 İyun 2018, 13:01 | Ana Səhifə - Yazılar - Hamısı, hər gün
Hamısı, hər gün

Hidayət Elvüsal

 (Və bu, əlbəttə, zarafatdır)

 

Qız içəri girəndə necə cikgə çəkdik, kişi dik atıldı.

- Ay papa!

- Haycan! Nə olub, ay bala? Ürəyim düşdü.

- Papa, bu gün bütün özəl kanallara baxmışam. Əlikram Bayramovu hələ də göstərməyiblər.

- Necə yəni, göstərməyiblər?

- Papa, dünən də Elşad Qarayevi ekranda görməmişəm.

- Müsibət! Bəs, kimi göstəriblər?

- Onlardan cəmi ikisini. Səməd Səmədovu, bir də şairə var haa, Cığatay, bax onu.

- Bala, səbr elə. Hələ axşama çox var.

- Ürəyim partlayır e, papa. Mənzurə Musayevanı görmək üçün axşamı gözləyə bilmirəm.

- Döz, bala, döz. Bizim şou-biznesin başında kabus dolanır. Marks demişkən…

- Mən Marksı istəmirəm. Manaf Ağayevi istəyirəm. Cancananı istəyirəm.

- Qızım, dünən toyda oxudu də. Toyla telekanalın nə fərqi var ki? İkisi də eynidir də.

- Toyda səs-küy vardı. Canı eşidirdim, cananı eşitmirdim. Sonra da…

- Sonra nə?

- Sonra Əflatun Qubadov oxuyanda, məni ağlamaq tutdu. Yanımda üç-dörd arvad vardı. Onlar da ağlayırdı. Şəbnəm Tovuzlu mikrofonu götürəndə gəlinin ürəyi getdi.

- Niyə?

- O mahnını oxudu də. O deyir haa, hanı yoldaş, hanı qardaş dünyada, balıqların şahı öldü dəryada.

- Axırıncı qəmi olsun. Başsağlığı verdin?

- Deyirlər hələ cəsədi tapılmayıb. Yazıq Şəbnəm şaxsey-vaxsey gedirdi.

- Neynəsin? O boyda balığın vəfat eləməsi zarafat deyil. Özü də dəryada. Bura bax. Mənzurə Musayeva bu gün görünüb?

- Yox, dünən üç kanalda oxuyub. Yorulub da, papa, neynəsin? Amma meyxanaçı Samirəyə halal olsun. Eyni gündə toya da gedir, ekranda da atamanlıq eləyir. Bu gün o da…

- Darıxma! Axşama qədər hamısı görünəcək. Elza da çoxdandır…

- Srağagün danışırdı.

- Danışmasını demirəm. Oxumasını istəyirəm.

- Mən də istəyirəm də, papa. Bax, istəyirəm ki, həmişə belə olsun. Ekranda şou-biznesin eyni adamları görünsün. Özü də hər gün həm də onlar ənənəni pozmasınlar. Eyni mahnını oxusunlar. Birini Əlikram desin, birini Telli Borçalı. Amma hər gün, həm də bütün özəl telekanallarda. Səhərdən axşama qədər. Bir də ki, bu şou-biznesin adını dəyişmək lazımdır. Bundan sonra toyu-biznes olsa yaxşıdı.

- Yooox! Onları iki dəstəyə ayıraq. Bu dediklərimiz olsunlar toyu-biznes, o birilərinə toxunmayaq. Hər halda şou-biznesin havası oralarda var.

- Off, darıxdım. Bax, bu gün hanı Əlikram, hanı Telli, hanı Pərviz Bülbülə, hanı Samirə, hanı Cavanşir Məmmədov…

- Balıqların şahı öldü dəryada.

- Papa, məni ağlatma!

- …

- …

- Papa, birdən soruşsalar ki, özfəaliyyətiniz elə bundan ibarətdir, nə cavab verərik?

- Deyərik ki, nöşün, Sevil və Sevinc bacıları öz məharətlərini indi toylarda göstərirlər.

- Papa, o bir vaxtlar ekranda təpik atan müğənni xanım var idi haaa - Aynur Dadaşova. O da qayıdıb.

- Bax, gördün, sənə dedim ki, darıxma. Oxuyanımız da var, şuluq salanımız da var, təpik vurub kəllə atanımız da.

- Bıyy, papa. Mənzurə Musayeva oxuyur!

- Bəs Əlikram Bayramov niyə görünmür?

- İndi görünər. O birilər də görünər. Papa, tələsmə.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ceyhun Bayramov TRACECA-nın Baş katibi ilə görüşüb 6 May 2021, 23:57 Robert Koçaryan ilk mitinqini təyin etdi 6 May 2021, 23:06 İki sərbəst güləşçimiz Olimpiya yarışında bürünc uğrunda yarışacaq 6 May 2021, 22:57 Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42