12 Dekabr 2018, 17:09 | Ana Səhifə - Yazılar - Nəslimin yarpaq tökümü
Nəslimin yarpaq tökümü

Hidayət Elvüsal


Hə, Nazim Hikmətin sözüdür. Amma həm adi, həm də inanılmaz dərəcədə həyati bir anlayışdır. Ömrün sonlarında bunu daha dəqiq bir şəkildə anlayırsan.

Yaşıdlarımızdan, dostlarımızdan, həmkarlarımızdan daha biri (!!!), jurnalist Surxay Əlibəyli də bizi qabaqladı, haqq dünyasına qovuşdu.  

Surxay gözlərində dəniz maviliyi, dəniz sonsuzluğu, dəniz coşqusu, dəniz sakitliyi yaşadan bir dostumuz idi. Milli Azadlıq Hərəkatının fəallarından biri idi. Qarabağ həsrətini ürəyində gəzdirən vətənpərvər idi. Həsrət qaldığı Ağdamdan, külli Qarabağdan yazdığı kitablardan da onun yanar hissləri duyulurdu.

Surxayı hamı çox istəyirdi. Kimi kişiliyinə görə, kimi istedadına, kimi yumorlarına və açığı kimi də yeyib-içməyinə görə. Onun cılız bədənində böyük bir dünya vardı və bu dünyada hər kəsə yer tapılırdı.

O qədər yol yoldaşı olmuşuq ki... Hətta bir dəfə dedi ki, Sücaəti, yəni qardaşımı görmək istəyir. Gəncəyə getdik. Və gördüm ki, elə qardaşım da Surxayı çox sevdi. Gecənin bir aləminə qədər heç zaman etmədiyini etdi... şeirlərini oxudu. Adətən belə görüşlərdə belə etməzdi, amma Surxaya görə elədi. Mat-məəttəl qalmışdım. Səhər Sücaətdən soruşanda dedi:

- Heç nədən korluğu yoxdur. Mən də dadmadığı şeirlərə qonaq elədim...

Dedim axı, yumorla dolu bir həyatı da vardı. Yenə bir dəfə mənim maşınımla Gəncəyə gedirdik. Qobustan qəsəbəsində bir araq götürdük ki, “paxmelimizi” açaq. Bir gün əvvəl toyda həddini aşmışdıq. Arağı alan kimi açmaq istədi. Qışqırdım:

- Neynirsən, ə?

- İçməyək?

- Ə, səhərin gözü açılmamış araq içərlər?

Dinmədi. Təsəvvür edin ki, düz Yevlaxa kimi dinmədi. Amma daha bilmədi və məni də sanki yuxudan ayıltdı ki, yavaş-yavaş gəldiyimiz yol az qala 4-5 saat çəkib.

- Sonra da başağrısı verəcək! - deyib üsyan eləyən Surxay məni o qədər güldürdü ki, daha kababa-filana ehtiyac qalmadı, doydum.

Və əgər belə deməsəydi, elə min fikir içində Gəncəyə qədər ac-susuz gedəcəkdik.

Surxay Əlibəyli jurnalistikada iz qoymuş bir həmkarımız, dostumuzdur. Sərgüzəştləri ilə, məqalə və kitabları ilə həmişə özünü xatırladacaq bir insandır.

Biz onu çox sevdik, çox istədik və tez itirdik. Bəlkə də biz ondan əvvəl bu dünyadan getməli idik. Qismət olmadı. Axı, həm də Surxay hamımızı həmişə hər şeydə geridə qoyurdu.

Elə öləndə də...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
AFFA millinin baş məşqçisi De Byazi barədə qərar verdi 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 Azərbaycanda İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57 Hikmət Hacıyev: “Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi” 2 Dekabr 2021, 11:53 ABŞ Dövlət katibi Lavrovla görüşəcək 2 Dekabr 2021, 11:50 2022-ci ilin bayram GÜNLƏRİ açıqlandı 2 Dekabr 2021, 11:45 Üçtərəfli işçi qrup yenidən görüşəcək 2 Dekabr 2021, 11:40 Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib 2 Dekabr 2021, 11:34 Distant təhsil real təhsili əvəz edə bilmir - Nazirdən etiraf 2 Dekabr 2021, 11:28 Ermənistanda YOLUXMA 2 Dekabr 2021, 11:22 Şəhid pilot Beyləqanda dəfn edilir - FOTO 2 Dekabr 2021, 11:18 30 il UNESCO-dan rəy gözlədik - Prezidentin köməkçisi 2 Dekabr 2021, 11:13 Kamran Əliyev Ukraynadadı 2 Dekabr 2021, 11:10 Türkiyədə 6 PKK-çı saxlanıldı 2 Dekabr 2021, 11:08 Bakıda Tərəfdaşlar Forumu keçirilir 2 Dekabr 2021, 11:05 Piyadanı vuran avtomobil “AA” seriyalı deyil – RƏSMİ 2 Dekabr 2021, 11:02 Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI 2 Dekabr 2021, 11:00 “Azəriqaz”da jurnalistlər üçün “Açıq qapı” 2 Dekabr 2021, 10:57 Rəsmilər Laçında ağac əkdilər - FOTO 2 Dekabr 2021, 10:57 Azay Quliyev ATƏT PA-nın Büro iclasında 2 Dekabr 2021, 10:55 Bir ayda 11 nəfər zəhərlənmədən vəfat edib 2 Dekabr 2021, 10:51 Qarabağda yeni idarəetmə FORMALAŞIR 2 Dekabr 2021, 10:49 Lukaşenko növbədənkənar prezident seçkiləri keçirə bilər 2 Dekabr 2021, 10:44
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?