18 Dekabr 2018, 13:56 | Ana Səhifə - Yazılar - Dilim-dilim olmuş dilim
Dilim-dilim olmuş dilim

Hidayət Elvüsal

 

Və məsələ çox mürəkkəbdir, bacoğlu. Vaxt var idi rusca bilməyənlərə yuxarıdan aşağı baxırdılar (əslində indi də belədir). “Uje” bu dili bilməyənlər “prosto” layiq olduqları vəzifəyə həsrət qalırdılar. Hələ rəhmətlik Nəsibə xanım demişkən, ad da qoymuşdular - çuşqa…

Yadımdadır ki, yaşlı-başlı vəzifə adamları müəllim çağırıb, rusca öyrənirdilər, öz dilimizdən “otqaz” eləmişdilər. Danışmağı, yazmağı mənimsəyirdilər. Günlərin birində SSRİ dağıldı və…

Yenə də dilimizi rahat qoymadılar, bacoğlu. İndi də… ingilis dili bu ölkədə tüğyan edir. Bəzi şirkətlər, restoranlar, dükanlar, əyləncə mərkəzləri, otellər… ingiliscədir. Bunu filan şirkətin ölkəmizdəki yeganə “destrübüteri” də təsdiq edir. Orada bir xanım var. Onun “aurası” adamın canını alır. Amma çox səmimidir, heç bir “kompleksi” yoxdur.

Yox, bacoğlu, mən demirəm ki, öz dilimizə “fransız” qalmışıq. Niyə fransız qalaq ki. Düzdür, indi ay əm spik inqliş. No prosto, kak tebe skazat mod düşüb e, mod. İnd idə ingiliscə bilməyənlərə… deyirlər.

Telekanallar… Sən heç “Praym şok”a baxırsanmı? “106 hauz”a necə baxmışdınmı? “Stant ap”a necə? Danaya, Tolikə, Sayqaya… münasibətin necədir?

Hə, necə ki, yadımdadır, xatırladım sizə. Bu, “Xırdalan” pivəsinin zavodu-filanı yenidən qurulanda fransızlar bizimkiləri işlədirdilər. Və günlərin birində fəhlələrin bir neçəsini qovdular. Niyə, bilirsənmi, bacoğlu? …Azərbaycanda, ölkənin paytaxtında, iş yerində… azərbaycanca danışmışdılar. Vot, tebe na! Ruslara şükür, qovmurdular, uzaq başı gülürdülər.

Bıy, sendemi şuradasan, arkadaş? Abi, yaa, yapma kurban olayım. Şu sözlərim seni kapsamaz. Biz kardəşiz. Qaliba duşmanlarımız bundan rahatsız. Amma onların cehenneme kadar yolları var. Bak, biz size petrol, siz bize şarkı. Na kadar güzel bir iş, ne mutlu bize. Ane annam söyledi ki, kız kardeşin neyapıyor? Dedim ki, döner yeyir. O da çok mutlu oldu. Amcam da, kuzenim de. Mersi. Pardon! Nervanım açıq. Olsun! PKK-dakı və İrevandakı ermeniler biliyorlar - bir gün ansıza başlarının üstünde olacağız.

Və… bacoğlu o gün Azərbaycanın paytaxtında “Erməni dilinin qrammatikası” mövzusunda zırpı bir tədbir keçirildi. Sən “hayeran asqanimes?” Yox? Mən də ermənicən başa düşmürəm. Bu sözləri bir oralı soydaşımızdan öyrəndim. İndi deyirlər ki, düşmənin dilini öyrənmək lazımdır. Mən də belə deyirəm. Amma düşmənin dilinə toy-bayramla, zurna-balabanla, az qala toya yığışmışlar kimi təmtəraqlı tədbir keçirməzlər axı.

Bacoğlu, ermənicə də…

Və mən deyirəm ki, dilimizə dəyməyin. Mala-pula görə belə siyasi havada havalanıb göylərə qalxmayın, beyniniz çönər - havalanarsınız, dəlixanaya salarlar ki, havanız alınsın və elə hava çalarlar ki, gah ingiliscə, gah rusca, gah da… lənət şeytana.

Ermənicə doğrudan bilmirsən?

Bax-bax-bax! Bütün özəl telekanallarımız yenə reklamı göstərir və deyir ki…

- Yerfındığı fantastik, əyləncəsi bombastik!

Vot! Pliz qiv may best riqaz tu yö… xanım rəhbərlərinə və reklam patronlarına.

Öyrən görək, ermənicə də bilirlər?!

Elə belə deyirəm - mırta… 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan milli komandasında yeni TƏYİNATLAR 2 Dekabr 2021, 13:36 20 məktəbdə istilik problemi var 2 Dekabr 2021, 13:35 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanlar məhkəməyə çıxarılır 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57 Hikmət Hacıyev: “Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi” 2 Dekabr 2021, 11:53 ABŞ Dövlət katibi Lavrovla görüşəcək 2 Dekabr 2021, 11:50 2022-ci ilin bayram GÜNLƏRİ açıqlandı 2 Dekabr 2021, 11:45 Üçtərəfli işçi qrup yenidən görüşəcək 2 Dekabr 2021, 11:40 Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib 2 Dekabr 2021, 11:34 Distant təhsil real təhsili əvəz edə bilmir - Nazirdən etiraf 2 Dekabr 2021, 11:28 Ermənistanda YOLUXMA 2 Dekabr 2021, 11:22 Şəhid pilot Beyləqanda dəfn edilir - FOTO 2 Dekabr 2021, 11:18 30 il UNESCO-dan rəy gözlədik - Prezidentin köməkçisi 2 Dekabr 2021, 11:13 Kamran Əliyev Ukraynadadı 2 Dekabr 2021, 11:10 Türkiyədə 6 PKK-çı saxlanıldı 2 Dekabr 2021, 11:08
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?