Modern.az

Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts

Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts

Dünya

Bu gün, 16:21

Bill Qeyts bildirib ki, süni intellektin nəzarətsiz inkişafı fəlakətli nəticələrə, o cümlədən potensial olaraq bir milyard insanın ölümünə səbəb ola bilər.

Modern.az xəbər verir ki, "Microsoft"un həmtəsisçisi ABŞ rəsmilərini bu texnologiyanın inkişafı ilə bağlı məcburi təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri tətbiq etməyə çağırıb.

NBC-nin "Meet the Press" proqramına verdiyi müsahibədə Qeyts süni intellekt sənayesində özünütənzimləmənin qeyri-kafi olduğunu bildirib.

Onun sözlərinə görə, qanunvericilər və hüquq-mühafizə orqanları təhlükəsizlik, eləcə də monitorinqlə bağlı məcburi tələblər müəyyən etməlidirlər.

"Bunlar sənaye üçün cüzi əlavə xərclər olacaq, lakin iş tempinin kəskin şəkildə səngiməsinə səbəb olmayacaq", – deyə o qeyd edib.

Qeyts hesab edir ki, qərəzli niyyətli şəxslər tərəfindən qabaqcıl süni intellekt sistemlərinin istifadəsi xüsusilə ciddi təhlükə yaradır. Onun sözlərinə görə, bu texnologiya çox sayda insanın ölümünə səbəb ola biləcək hadisələri tətikləyəcək qədər güclənə bilər.

Qeyts daha əvvəl süni intellektin bioloji silahların və digər kütləvi qırğın vasitələrinin yaradılmasında istifadəsi ilə bağlı risklər barədə xəbərdarlıq edib.

Bununla belə, o, süni intellektin inkişafına, ümumilikdə, nikbin yanaşır və bu prosesin dayandırılmasını deyil, məcburi tənzimləmə və təhlükəsizlik tədbirlərinin tətbiqini dəstəkləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az