14Yanvar | Ana Səhifə - Yazılar - Təzə ilin köhnə işi
Təzə ilin köhnə işi

Hidayət Elvüsal


Həmişə belə olur. Elə bu il də. Qonşumuzda bir təqaüdçü kişi var. Başını tovladılar ki, dulsan, qocalmısan, sənə baxan yoxdur, gəl cavan bir arvad alaq ki, canın rahat olsun. Kişi də çox sevinmişdi. Neynəsin? Təzə arvadı olacaqdı.

Amma məhləyə xəbər yayıldı ki, o arvad təzə-zad deyil. Yeddinci dəfədir ərə gedir. Özü də bicin biridir. Bir ayağı bankomatın qabağında, o biri ayağı inkir-minkirin qəbul otağında olan kişiləri sevir ki, çox əziyyət çəkməsin. Ər məzara, var-dövlət Sonaya.

Alınmadı. Kişi də bicin biridir. O da şərt kəsdi ki, gənc arvadın şəxsiyyət vəsiqəsinə baxmalıdır. Gətirdilər baxdı. Gördü pahooo… Arvadın sonuncu istifadə tarixi 7-8 il bundan qabaq qurtarıb. Kişi dedi malınızı götürün aparın “sroku” keçib.

Yazıçı Samirə Zeynalova ilə şair Vəli Xramçaylı da təzə ildə elə bir təzə iş görmədilər. Hər şey ötənləri xatırlatdı. O gün yenə toyda idilər. Bicqo gədələrdən biri tüstülənən boşqabı bic-bic hamının başına fırladıb pul yığırdı ki, onlara göz dəyməsin. Samirəgilin masasına yaxınlaşdı. Boşqabı bir xeyli fırlatdı xanımın başına. Bicqo gədə bu arada həm də Samirənin gözəlliyinə baxırdı. Yazıçı gördü ki, tüstü onu boğacaq, əl atdı pul qabına başqaba şabaş qoydu və başladı lüləkababın qalanını yeməyə.

Bu arada bicqo gədə Vəli Xramçaylıya yaxınlaşdı. Boşqabı nə qədər fırlatsa da, Vəlidən nə bir misra şeir, nə də 1 manat qopara bildi. Və elə boşqabı fırlada-fırlada qayıdıb baxdı Samirənin üzünə ki, bəlkə o bir iş görə. Olmadı. Samirə əsəbiləşdi:

- Nə istəyirsən, ə?

- Deyirəm bəlkə şairə göz-zad dəyər.

Samirə hövsələdən çıxdı:

- Ə, bura gəl, ə! Dayan burda! İndi bax o şair dediyin adama!

- …

- Baxdın?

- Hə!

- Nə gördün?

- Allah…

- Ay sağ ol! heç nə! Ə, bir də bax ona. Gör o adamda göz dəyə biləcək bir şey var?!

- …

Böyük hadisələr də baş verdi. Fransada “sarı gödəkcəlilər” Parisin altını üstünə çevirdilər. Fransa prezidentinin həyat yoldaşı, yəni keçmiş müəllimi dedi:

- Mama qurban, ayıbdır, bu soxasoxda yenə başqa ölkələrə soxursunuz burnunuzu. Öz ölkəmiz dağılır, minlərlə insan həbs olunub, ölənlər var. Burda oturub Azərbaycana hüquq dərsi keçirdiniz. Ayıb deyil?

Bu avropalılar həmişə belə bicliklə məşğul olublar. Özləri dünyanı dağıdır, insan hüquqlarını pozur, başqalarına ağıl öyrətməyə çalışır. Elə bu Fransa Əlcəzairdə milyonlarla insanı soyqırıma məruz qoydu. Sonra da Türkiyəni ermənilərə qarşı soyqırımı geydirməsi ilə qınadı.

Elə Almaniyada da vəziyyət yaxşı görünmür. Yaxın Şərqdə “ərəb baharı” törədən Avropa, öz siyasətinin payız fəsilini - sarı rəngini yaşayır.

Rusiya XİN-in sözçüsü Zaxarova da sayıqladı. Hayların “Moskva ermənisi” dedikləri Lavrovun bu sözçüsü dünyada, xüsusən Avropa ölkələrində erməni mafiyasına qarşı aparılan ifşaedici əməliyyatlardan narahat oldu. Neynəsin, neynəməsin? Axı, Azərbaycanın nüfuzu, hörməti artır. Ermənistan və ermənilər isə ancaq pis işlərdə anılır. Deməli, geydirmə bəyanat vaxtıdır. Və o sərsəm bəyanatı Zaxarova oxudu.

Gülməlidi. Bu Rusiya, erməniləri öz qucağında nə qədər bəsləyə bilər ki? Günlərin birində ya səbri tükənər, ya da…

Əşşi ermənilərə neynəsən də qucaqdan düşməzlər. İllah da rusun qucağından…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29 Bakıda ana əkiz uşaqlardan birinin oğurlandığını İDDİA EDİR 7 Avqust 2020, 16:25