25Yanvar | Ana Səhifə - Yazılar - Jurnalist, yoxsa…
Jurnalist, yoxsa…

Hidayət Elvüsal


“Müxbir” adlanan bir vəzifə var. Adətən bu yazı-pozu işlərində çalışanlara deyilir.


Xüsusi xidmət servislərinin də müxbirləri ola bilər. Onlar bir növ kəşfiyyatçı, agent fəaliyyəti ilə məşğuldurlar. Məsələn, Daxili İşlər Nazirliklərinin müxbirləri olub, yəqin ki, indi də var. Bu müxbirlər hansısa hadisə, adam, iş və s. barədə məlumat verirlər. Və bu müxbirlər nə çekist, nə polis, nə də başqa bir adla fəaliyyət göstərirlər. Onlar sadəcə olaraq xəbərçilərdir.

Jurnalistika da belədir. Hər kəs müxbir ola bilər, amma bu o demək deyil ki, jurnalistdir. Məsələn, bir nazirliyin mətbuat xidmətinin rəhbəri, ixtisasca baytar, hüquqşünas, coğrafiyaşünas… olur. Amma ona jurnalist demək olmaz.

Qısası - şou-biznesdə çalıb-oxuyanların şalvarından, ayaqqabısından, sırğasından, donundan, ağzından, burnundan yazanlar müxbirlərdir. Kimisi aqronom, kimisi artist, kimisi tarçalan, pianoçu… olur. Amma bu, onların jurnalist olmasına əsas vermir. Yəni hər yazan, hər danışan jurnalist deyil. Bu adı, bu peşəni hər yetənə peşkəş etməyin.

Və bir az da o “jurnalist” deyilən müxbirlərdən…

Ona həsəd aparanlar var. Çünki ekranlarda görünür, məclislərə, toplantılara dəvət alır, mükafatları, fəxri adı. Daha nəyi çatışmır ki? Jurnalist üçün hər nə icad olunubsa, hamısı onun adında və ləqəbində məskən salıb.

Düzdür, ixtisasca jurnalist deyil. O da artistliyi oxuyub. Amma nə fərqi var? Jurnalistə “xalq artisti”, artistə “əməkdar jurnalist” adı verilirsə, belə şeylərin əhəmiyyəti yoxdur. İllah da “şou-biznes” bataqlığında güllər dərə bilən, maşın alan, villa sahibi olan, pula pul deməyən… əslində “yazanşa”, amma “jurnalist” deyilənlər bu gün dəbdədir.

Və bu yazanşalar sənə gülür, kolleqa. Sən sənayedən, kənd təsərrüfatından, siyasətdən, tarixdən, gündəlik baş verən hadisələrdən… yazanda gülür sənə. Elə onlara heyran olanlar da deyirlər ki, bax, jurnalist belə olar eee…

Yazanşalar dəbdədir, kolleqa. Nə yazırlar? Yazırlar ki, Namiq Qaraçuxurlu canını güc-bəla ilə Aygün Kazımovadan qurtarıb. Hə! Belə yazırlar. Sonra da yazırlar ki, Səidə Sultanın o günkü rəqsi mediada bomba kimi partlayıb. Daha bir bombanı Elza Seyidcahan partladıb:

Dum-dumlar, gum-gumlar,

zum-zumlar

partladılar uçdular

yox oldular

gup-guplar.

İndi isə deyirlər

zıp-zıplar

mat qalmışam mat

yamanca zat qalmışam zat.


Və bu bombanın təsirindən yazanşalar da bəhrələnib. Ağlayanı kim, ağnayanı kim, zarıyanı kim. Yazdıqca yazdılar. Sonra keçdilər əsas məsələyə.

- Elza Seyidcahanın taykeş ayaqqabı geyinməsinin dərin mənası var. O ayaqları ilə demək istəyir ki, gəlin bir olaq, bir rəngdə olaq.

Yazanşalardan biri o gün xəbər yaydı:

- Filan müğənni xanımla, bəhmən müğənni xanım əslində bir kişinin üstündə düşmən olublar. Yəni varlı-hallı, imkanlı bir daydayın.

Başqa biriləri:

- Niyam deyib ki, Zəki Mure, Hülya Afşar, hətta o Yılmaz Morgül əsgəri xidmətdə olub.

- Filan müğənni xanım əslində iki kişi ilə gəzir.

- Filankəs ərdə-zadda deyil. O uşağı da bir restoran müdirindən qazanıb.

- Aşıq Telli hamının ajığına deyib ki, bu millətin dilini ləhcələşdirməmiş sazı yerə qoymaram.

- Əyyub Yaqubovun ayaqqabısının sol tayında palçıq vardı. Yəqin fürsət tapanda bənna işləyir.

- Faiq Ağayev ona görə evlənmir ki, şou-biznes balaca-balaca xalq artistləri ilə dolar.

Və sairə və ilaxır, kolleqa!

Bax, bunlara jurnalist deyirlər. Bir dəfə soruşmurlar ki, hansınızın musiqidən anlayışı var? Niyə bir qayda olaraq OXUNANI yox, OXUYANI vəsf edirsiniz? Musiqi janrlarından başınız çıxırmı? Hansı bəstəkarları tanıyırsınız? Hansı muğamdan xəbəriniz var?

Oxuyanların şalvarından, maykasından, kalqotqasından, corabından, gecəköynəyindən… yazırsınız, bəs oxuduğu mahnıdan niyə yaza bilmirsiniz?

Çünki siz jurnalist deyilsiniz, yazanşasınız. Hə, adınız olacaq, mükafatlarınız da. TV-lərdə düzülüb, şou-biznes camaatının əməlindən, geyimindən, işdəklərindən, maşınından, məşuqundan… bəhs edəcəksiniz. Və… sizə jurnalist deyəcəklər.

Amma çoxları bilməyəcək və bilmir ki, siz jurnalist deyilsiniz, sadəcə yazansansınız.

Elza xanım sizə həsr eləyib bu şeiri:

- Dum-dumlar, gum-gumlar, zum-zumlar, zıp-zıplar…

MÜƏLLİFİN DİGƏR YAZILARI
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü 27 May 2020, 02:38 Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb 27 May 2020, 00:49 Tanınmış iş adamı dünyasını dəyişdi 27 May 2020, 00:38 Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb 27 May 2020, 00:29 Daha bir ölkədə futbol çempionatına icazə verilir 27 May 2020, 00:13 Moskvada daha 73 koronavirus xəstəsi öldü 26 May 2020, 23:58 Bakıda evdən kişi meyiti tapıldı 26 May 2020, 23:44 Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO 26 May 2020, 23:29 Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi - FOTO 26 May 2020, 23:12 Bakıda “Jara” festivalı keçiriləcək - EMİNDƏN AÇIQLAMA 26 May 2020, 22:56 Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı 26 May 2020, 22:39 NİDA-çılar Milli Şuradan getdi 26 May 2020, 22:25 Tovuzda ağır qəza oldu 26 May 2020, 22:09 Metroda koronavirus belə yayılır - VİDEO 26 May 2020, 21:57 Türkiyədə koronavirusdan sutkalıq ölü sayı 28-dək azaldı 26 May 2020, 21:40 Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 TƏBİB-dən korona ilə bağlı son məlumat 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38