4 Fevral 2019, 00:42 | Ana Səhifə - Yazılar - Sehrli çubuğun qüdrəti...
Sehrli çubuğun qüdrəti...

Firuz MUSTAFA


Niyazi cavanlığında peşəkar idmanla məşğul olmuş, ştanq qaldırmış, hətta, bu sahədə ölkə çempionu olmuşdu. Sonralar idmandan uzaqlaşsa da, maestro özünü daim ağır “yük” altında hiss edirdi; o, Azərbaycan musiqisinin yükünü çəkirdi. Sanki onun üzərinə tarixi bir missiya, ağır bir yük qoyulmuşdu və o, musiqimizin şöhrətini dünyaya yaymalı idi. O, bu işin öhdəsindən vicdanla gəldi... 

Maestro iki ölkənin səhnəsində eyni adlı iki operanın dirijoru olmuşdu: “Koroğlu” operasının. Türk bəstəkarı Sayğunun “Koroğlu” operası İstanbulda, Hacıbəyovun “Koroğlu”su isə Bakıda Niyazinin dirijorluğu ilə səhnəyə qoyulmuşdur. Bu, bəlkə də təsadüf yox, alın yazısı idi. Iki “Koroğlu” bir qılıncla vuruşurdu. Bu “qılınc” həm də Niyazinin əlindəki sehrli dirijor çubuğu idi. Həmin çubuq misrı qılınca dönüb yağıların başına od ələyirdi... Nədənsə bəzən bizim mətbuatda Niyazinin İstanbul səhnəsində  səhvən Ü.Hacıbəyovun “Koroğlu” opersına durijorluq etdiyi qeyd edilir. Əslində isə Türkiyədə hazırlanan eyni adlı operanın müəllifi Ahmed Adnan Sayğun (1907-1991) idi. Sayğun Türkiyədə ilk milli opreranın, ümumilikdə beş operanın müəllifi və Niyazinin yaxın dostu idi.

Niyazi fitri istedad sahibi idi. Onun rəsmi fəxri adlarının, çinlərinin sayı-hesabı yoxdu. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və s. və i.a. Bu mükafatlar sırasında biri də vardı: Ermənistanın xalq  artisti. Onu bu fəxri adı ermənilər 1962-ci ildə vermişdir – o vaxt Niyazinin 50 yaşı vardı. Həmin “diqqəti” xatırlamaqda məqsədim var. Məsələ burasındadır ki, bizim qonşular dünyada mövcud olan yaxşı nə varsa hamısına sahib olmaq şakərinə mübtəladırlar, o cümlədən, qiymətli incəsənət nümunələrinə. Ermənilərin bizim bir çox musiqi nümunələrini “özününkülışdirmək” cəhdi də sirr deyil. Bildiyimiz kimi, onlar bizim nəinki xalq mahnılarımıza, hətta, klassik və müasir musiqi nümunələrimizə belə “müəlliflik” iddiası irəli sürürlər. İş o yerə çatıb ki, bu xəstə təfəkkürlü  qonşular Üzeyir bəyin “Arşın mal alan” əsərinə də erməni “yarlıkı” vurmaq istəyirlər. Hələ 50-ci illərdə mərhum Rəşid Behbudovun böyük populyarlıq qazandığı dövrdə qonşularım onun “erməni musiqisi platformasının” üzərində ucaldığı barədə şayilələr, sayıqlamalar yayırdılar. Niyaziyə göstərilən “diqqətin” əsasında da belə bir erməni hiyləsi, erməni məkri gizlənmişdi. Və qəribədir ki, sonralar bu hiylə öz “bəhrəsini” verdi. 


Niyaziylə Sosialist Əməyi Qəhrəmanı adı verilən ərəfədə məlum oldu ki, böyük sənətkarın alı təhsil diplomu yoxdur. Maraqlı həm də burasıdır ki, Azərbaycan Dövlət Konservatoriyasının o vaxtkı rəhbərliyi Niyaziyə çoxdan layiq olduğu diplomu verməkdən imtina etdilər. Niyazi əsəbləşib Yerevan Konservatoriyasına üz tutmalı oldu. Dünya şöhrətli maestronun məhz Yerevan  Konservatoriyasının yetişdirməsi olduğunu sübut edən faktdan gözəl nə oola bilərdi?!. Bu, Niyaziyə diplom verən məktəb üçün böyük şərəf idi. Bu, ermənilər üçün göydəndüşmə bir təsadüfdü. Bu, erməni musiqiçisinin, erməni xalqının imicinun formalaşmasında yeni bir pillə idi... Nə yazıqlar ki, biz çox vaxt öz istedadlarımızın hansısa ada layiq olduqlarını başqaları təsdiq edəndən sonra etiraf edirik...

Haşiyə. Yeri gəlmişkən, bəs nə üçün Niyazinin ali təhsili yox idi? Axı onun atası Zülfüqar bəy, əmisi Üzeyir bəy uzun illər bizim nusiqi mədəniyyətimizin beşiyi başında dayanmış adamlar idi. Versiyalar çoxdur. Amma fakt faktdır. Fakt isə budur ki, Niyazi 1929-1930-cu illərdə Leninqrad musiqi texnikumunda, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Fikir verdinizsə, hər iki təhsilin natamam olduğu nəzərə çarpır. Burasını da demək lazıımdır ki, diplom almaq  Niyazi üçün “texniki” bir məsələ idi. Qeyd. Niyazinin “diplom məsələsi” barədə vaxtilə istedadlı jurnalist S.Quliyevanın ətraflı araşdırması “Mədəniyyət” qəzeyində dərc edildiyinə görə bu məsələ üzərində geniş dayanmaq istəmirəm.

Bəs texnikumla konservatoriyadakı təhsil müddətinin arasında yaranan fasilə nə ilə bağlı idi? Niyazi həmin dövrdı Dağıstan Sovet Sosialist Muxtar Respublikasının təhsil komissarlığının elm, ədəbiyyat və incəsənət sektorunun müdiri olub. 

Niyazinin ailə həyatının qurulması, həm birinci və həm  ikinci evliliyi də məhz həmin dövrə təsadüf edir. Belə ki, Niyazi əvvəlcə məşhur kumık aktrisası, SSRİ xalq artisti Bariyat Muradova ilə evlənmiş, bir müddət sonra hansı səbəbdənsə bu ailə ocağı dağılmışdır. 

Böyük bəstəkar ikinci həyat yoldaşı Həcər xanımla da Makaçqalada tanış olmuşdur.  Əslən Cənubi Azərbaycandan olan Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. O vaxt Həcər xanım tələbə idi.  Gənclər elə ilk tanışlıqdan bir-birlərinə vurulurlar. Lakin nə qızın, nə də oğlanın ailəsi bu izdivaca razılıq vermirlər. Belə olan təqdirdə cavanlar gizlicə evlənir, bir müddət Ağdaşda Niyazinin qohumlarından birinin evində yaşayırlar...

Mən Niyazinin özünü həyatda görməmişdən əvvəl onu ayrı cür təsəvvür edirdim. Şəkillərdə, ekranda o, olduqca nəhəng, əzəmətli, qədd-qamətli, ucaboy görünürdü. Amma sən demə, Niyazi bəstəboy, arıq, zəif vücudlu bir adammış. Böybuxunu haqda ilkin təsəvvürlər dəyişsə də hər kəs etiraf edə bilər ki, Niyazi doğrudan da əzəmətli bir insandır. O, dirijor pultu arxasında uçuşa hazırlaşan dağ qartalına bənzəyirdi... 

Xatırmdadır, Sovet hökumətinin hökmlü vaxtı, 80-lərin əvvəllərində Qazax rayonuna sosioloji  tədqiqat aparmağa getmişdik. Bu  işin təşəbbüsçüsü Moskvadakı sosioliji araşdırmalar institutu və Mərkəzi Komitə idi. “Mərkəzdən” gələn qrupa Moskvadan gələn gənc bir “Elm məmuru” başçılıq edirdi. Bizim kiçik qrupun rəhbərliyi isə mənə həvalə olunmuşdu. Qazaxda bizi rayon partiya komitəsinin başçısı qəbul etdi.  Niyazini də orada gördük. Deyəsən, konsert verməyə getmişdilər. O vaxt dəbdə olan “məhsul bayramı” ərəfəsi idi. (Səhv  etmirəmsə, o vaxt Niyazi Filarmoniyanın direktoru idi). Axşam bizi “qonaq evində” yerləşdirməyə gətirdilər. Sən demə, artıq bizdən əvvəl Niyazi və dostları da həmin “evdə” məskunlaşıbmış. Yeni “qonaqların”, yəni bizim gəişi ilə bağlı onun özünün və rəhbərlik etdiyi orkestrin üzvlərinin yeri dəyişdirilməli olmuşdu. Bütün bunlar Kremlə, Moskvaya yarınmaq üçün bir vəsilə idi. Doğrusu, bu qeyri-etik hərəkətə görə mən bizi müşayət edən raykom nümayəndəsinə iradımı, etirazımı bildirdim. Müçayətşimiz bildirdi ki, burada onluq bir iş yoxdur, bu, MK-dan gələn tapşırıqdır. Niyazi “yuxarıdan” – Moskvadan gələn qonaqları görüb hiddətləndi, əsəbləşdi. Maestro Moskvanı, MK-nı, bir sözlə “yuxarıları və aşağıları” Azərbaycan və rus dillərində bütün “çeşidli” sözlərlə  söyüb bir-birinə qatdı. Rusların matı-qutu qurumuşdu: görəsən bu cəsarət sahibi kim idi? Biz “mərkəzdəngələnlərə”  Niyazinin kim olduğunu izah edəndən sonra onlar “ittihamlara” sakitcə qulaq asmağa başladılar. Söhbətin dalğası geniş yayıldı. Raykomun nümayəndəsi tez-tələsik özünü “hadisə yerinə” çatdırıb maestronu sakitləşdirdi. Niyazi çıxıb getdi...

Niyazinin istedadi bir çox dahi bəstəkaları riqqətə gətirmişdi. Onun ifaçılıq sənətini Şostokoviç, Sekki, Tarcan, Rudolf, Ryazanov yüksək qiymətləndirirdilər. 

Maestro bu gün yoxdur. Lakin onun musiqisi, onun sənəti, onun obrazı milyonların ürəyində yaşayır. Onun sehrli çubuğundan süzülən melodiyalar ürəklərə axır...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu rayonlarda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:20 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37 Dil- xalqı birləşdirən DƏYƏR 30 Noyabr 2020, 15:31
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?