Modern.az

Ermənistanla İran sərhədində YENİLİK

Ermənistanla İran sərhədində YENİLİK

Dünya

13 Sentyabr 2026, 13:07

Ermənistan-İran sərhədində gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə “yaşıl” dəhliz yaradılacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin və İran Gömrük Xidmətinin rəhbərlərinin görüşünün yekunları ilə bağlı məlumat verilib.

Bildirilib ki, “Norduz-Aqaraq” sərhəd-keçid məntəqəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını nəzərdə tutan protokol ötən gün Culfa şəhərində imzalanıb.

Görüş zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Akopyan və İran Gömrük Xidmətinin rəhbəri Əsgəri buraxılış-nəzarət prosesinin təşkili və digər məsələləri də müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!