Modern.az

Üzük barmağında qaldı, köməyinə xilasedicilər gəldi - GÖRÜNTÜ

Üzük barmağında qaldı, köməyinə xilasedicilər gəldi - GÖRÜNTÜ

Hadisə

13 Sentyabr 2026, 13:47

Üzüyünün barmağını sıxmasından əziyyət çəkən Abşeron rayon sakini K.Bədəlova Rayon Mərkəzi Xəstəxanasına müraciət etmək məcburiyyətində qalıb.

Modern.az "Qafqazinfo”ya istinadəb xəbər verir ki, xəstəxanada üzüyün çıxarılması mümkün olmadıqda, Fövqəladə Hallar Nazirliyindən kömək istəmək qərara alınıb.

FHN Bakı Regional Mərkəzinin xilasediciləri dərhal xəstəxanaya gəlib və təhlükəsizlik qaydalarına riayət etməklə, həkimlərin nəzarəti altında xüsusi vasitələrlə üzüyü kəsərək vətəndaşın barmağından çıxarıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!