Modern.az

"Azəriqaz" Bakı əhalisinə verilən qazın həcmini artırdı

"Azəriqaz" Bakı əhalisinə verilən qazın həcmini artırdı

28 Sentyabr 2009, 17:03

Son günlər havaların soyuması ilə əlaqədar ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhaliyə verilən sutkalıq təbii qazın miqdarı artırılaraq 6,8 milyon kubmetrə çatdırılıb. Modern.az  ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər veriri ki, hazırda təbii qazın 4 milyon kubmetri Bakı şəhərinə, qalan 2,8 milyon kubmetri isə regionlara nəql edilir. Qeyd edək ki, yay günlərdə əhaliyə verilən təbii qazın miqdarı təxminən 5 milyon kubmetr təşkil edirdi. 
Hazırda payız-qış mövsümü üçün ARDNŞ-nin qaz anbabarlarına gündəlik 6-6,2 milyon kubmetr həcmində qaz vurulması davam edir. Bu proses mövcud qrafikə uyğun olaraq, aprelin 1-dən başlayıb, oktyabrın axırında isə başa çatacaq. Sentyabrın 28-nə olan məlumata əsasən, “Azəriqaz” İB-nin balansındakı iki yeraltı anbarında artıq 1 milyard 700 milion kubmetr qaz ehtiyatı yığılıb. Ərazisi nisbətən böyük olan Kalmaz anbarında 1 milyard 023 milyon kubmetr qaz tədarük edilib. İntensiv olaraq modernləşdirilən və genişləndirmə işləri aparılan Qaradağ anbarında isə 677,5 milyon kubmetr qaz həcmi toplanıb ki, bu da ötən ilki ilə müqayisədə 191,7 milyon kubmetr artıqdır. ARDNŞ-nin məqsədi qazvurma mövsümünün sonuna qədər anbarlarda toplanmış ehtiyatı 1,8 milyard kubmetrə catdırmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, ötən ilin qış mövsümünə hazırlıq zamanı qaz anbarlarında 1,4 milyard kubmetr “mavi yanacaq ” tədarük edilib. Bu il həmin həcm hələ avqustun 12-də tədarük edilib, sonrakı 45 gün ərzində isə daha 300 milyon kubmetr artırılıb. Mövsümün sonunadək anbarlara daha 100 milyon kubmetr qazın vurulması proqnozlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...