13 İyul 2016, 13:48 | Ana Səhifə - Yazılar - Şəhid olmaq...
Şəhid olmaq...

Məhsəti Şərif


Aprel döyüşlərində Bakıdaydım. O qədər ruh yüksəkliyi vardı ki, düşünürdüm qələbəyə bir neçə gün qalıb. Hətta savaş bölgəsində olan, döyüşən yaxınlarım da məni buna inandırmışdılar. Çünkü onlar da hər zamankından fərqli ruhdaydılar... O üzdən şəhid olmağı şərəf bilirdilər. Bir ovuc torpaq üçün də şəhidliyə dəyərdi...

Hər gün Azərbaycan bayragına bükülmüş şəhid cənazələri gəldikcə, bizim üzüntümüzün altında bir inam möhkəmlənirdi. Qələbəyə az qalıb... Aprel döyüşlərində insanlardakı qanın qaynamasını, könüllü döyüşə getmək istəyənlərin sayının artması “bizim millət çox güclüdür, sadəcə təkana ehtiyacları var” düşüncəsini bir az da möhkəmləndirdi...

Şəhidlərin sayı artır, döyüş səngiyirdi... "Quyruq acısı" olanlar yenə fəaliyyətdəydi.. Sonda yenə də "atəşkəs" bərpa olundu. Atəşkəs şəhidlərimizi azaltmadı. Yenə də hər gün şəhid xəbərləri eşidirik. Yenə də yoxsul evlərə bayrağa sarılmış igidlər gəlir. Əslində bu atəşkəs anlaşması "ilana sarılmaqdı"...

Şəhidlərimiz gəldikcə, bizim damarımızdakı qan daha da isinir, ağzımıza sığışmayan laflar edirdik. Amma zaman keçdikcə, bizim hayatımız axarına düşdü. Yarası qanayan yalnız şəhid ailələri oldu. Onların məzarı başında əllərini əllərinə çatıb duran bəlağətli sözlər deyib, kamera önündə şəhid ailələrinin əlini tutub vədlər verən məmurlar indi nədənsə yoxdu. O  zaman da şəhidlərlə baglı bir yazı yazmıştım.  Onda da bunun göstəriş oldugunu demiştim. Hətta "banklar şəhid ailələrinin kreditini bağışladı" xəbərlərini də səmimi hesab etmirdim. Çünkü bundan reklam qoxusu gəlirdi. Reklam olmasa, zatən kimsə bilməzdi. Şəhid qanı üzərindən reklam zehniyyətini anlamadım. 

Döyüşlərdən üç ay keçib, sakitlikdi... Şəhidlərlə baglı xatirələr şou yazılarından az oxunur. Sosial şəbəkələrdə şəhid xəbərləri "laykla" ötüşdürülür. Oxuyuram ki, Xaçmazda şəhid məzarının üstü hələ də solmuş bayraqla örtülü durur. Bank şəhid ailəsinə " oglun özü üçün ölüb" deyir... Bəs verilən vədlər? Bəs bankların "humanist" addımları? Nə tez yaddan çıxdı?..
  
Şəhidlər qanı bizim üçün tökmədimi? Onum məzarını düzəltməyə pul tapmayan məmur kreslosunda daha rahat otursun, daha çox qazanıb ev, maşın alsın deyə, qan axıtdı. Şəhidin arxada nə varı, nə dövləti vardı. Əli qabarlamış yaşlı atası və torpaqdan evi vardı. Amma şəhid məzarı üzərində solmuş bayraq, əbədi yatdığı torpaq üçün öldü. Heç nə düşünmədən torpaq oldular. Onlar ailələrinin banklara borcu olduğunu da bilirdilər. Amma hər şey vətən üşün deyib, şəhidliyi seçdilər. Siz bunları anlamazsınız. Pulun amaldan yüksək olduğu zehniyyətlər bunu qavramaqda çətinlik çəkirlər.

Amma bu gün üzərində yaşadığımız, torpağı, yediyimiz nemətləri  bu vətəni şəhidlərimizə borcluyuq. Düşmənin hücumları qarşısında namusundan, Vətənindən, dinindən və azadlıqdan keçmək istəməyən ər ürəkli aslan əsgərlərimiz torpaqları canı-qanı bahasına qoruyub. Bizə düşən vəzifə də onlar kimi davranaraq, bütün torpaqlarımızı, dəyərlərimizi, inanclarımızı müqəddəs görmək və nə bahasına olursa olsun, onları qorumaqdır.

Şəhidlik bir insanın yüksələ biləcək ən yüksək və ən müqəddəs mərtəbələrdən biridir. Şəhidlik fədakarlqdır, cəsarətdir.

Unutmayın, bu gün istifadə etdiyimiz bu torpaqlar, inandığımız bu dəyərlər şəhidlərin bizə əmanətidir. Amma görürəm ki, siz o əmanətləri qorumağı bacarmadınız...

...Savaş bitməyib, aprel döyüşləri təkrar ola bilər. Torpaqlarımızın azad ediləcəyi an var. Elə edin ki, torpaq uğrunda canını fəda edə biləcək cəsarətli ürək qalsın!

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Vasitəçiyə inam yoxdursa, demək...” - Əli Əhmədov 26 Noyabr 2020, 14:25 Ermənistan parlamenti hərbi vəziyyətlə bağlı QƏRAR VERDİ 26 Noyabr 2020, 14:20 Fransa Azərbaycanın etimadına layiq deyil - Natali Qule 26 Noyabr 2020, 14:15 Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq - ÖZƏL 26 Noyabr 2020, 14:10 Prezidentin xalqa müraciəti xarici mətbuatda 26 Noyabr 2020, 14:05 Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Səxavət Məmmədov Qarabağın işğalını görsəydi, ürəyi partlayardı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?