Modern.az

Yük avtomobili "Opel"lə toqquşdu və aşdı, yaralı var

Yük avtomobili "Opel"lə toqquşdu və aşdı, yaralı var

Hadisə

26 Sentyabr 2026, 18:45

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Qafqazinfo” saytına istinadən xəbər verir ki, hadisə Siyəzən rayon ərazisində olub.

Belə ki, “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib, nəticəsində yük avtomobili əvvəlcə “Opel” markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarına aşıb.

Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır