25 mart 2019, 12:23 | Ana Səhifə - Yazılar - Danışan telefon
Danışan telefon

Firuz Mustafa

(qısa mono-hekayə)

İndi çox az adama ağıllı demək olar. Amma bizim, demək olar ki, hamımız ağıllıyıq. Ona görə heç də təsadüfi deyildir ki, bizə son zamanlar “ağıllı telefonlar” deyirlər. Təvazödən bir az uzaq olsa da deyim ki, həmin “ağıllılardan” biri də elə mən özüməm. Allaha şükür, görürəm, eşidirəm, duyuram, yadda saxlayıram, musiqi ifa edirəm... Ta ağıllı olmaq üçün nə lazımdır ki?.. Deyirlər guya təkcə danışmağı bilmirik. Guya ha... Amma... Amma əvəzində dinləməyi ki, bacarırıq.
Bu qədər “funksiyanı” icra edə biliriksə, üstəgəl ağıllıyıqsa, deməli bizim də öz xoşbəxtliyimiz və faciəmiz var.

Telefon olanda nə olar ki? Onun da adamlar kimi öz taleyi olur. 

Bizə indi bəzən “cib telefonu” da deyirlər. Baxır sən kimin cibindəsən. Sənin sahibin gözəl bir xanım da ola bilər, əbləh bir qarı da... Tərbiyəli bir oğlan da ola bilər, murdar bir qoca da... Telefonda da baxt lazımdır.

Nə isə... Mənim bir sahibim var. “Sahibim” deyəndə ki, məni ona bir dostu bağışlayıb. “Dostu” deyəndə ki... Məni onun dostuna da başqa bir dostu bağışlayıb. Lap dəqiq desəm, məni onlar bir-birlərinə cani-dildən bağışlamayıblar. Yox, onlar, yəni bu “dostlar”, əslində kiməsə nəsə hədiyyə edən deyillər. Onlar sadəcə olaraq bir-birlərinə “atandırlar”, indi belələrinə “atanşik” deyirlər... Hə, məni də onlar bir-birlərinə “atıblar”...

Bilirsiz də, indi telefonsuz, yəni bizsiz, o cümlədən mənsiz, heç nə etmək mümkün deyildir. Mən adamların həm arabası, həm gəmisi, həm də təyyarəsiyəm. Həm şagirdəm, həm müəllim. Həm dostam, həm düşmən... İndi çoxlarının statusunu, vəzifəsini, mövqeyini elə telefonla müəyyən edirlər. Buraxıldığı firmadan, daşıdığı adi və ya “güzgü” nömrədən kimin, yəni telefon sahiblərinin hər birinin hansı yuvanın quşu olduğunu bilmək mümkündür. 

Hə, onu deyirəm, mənim bu indiki sahibim ki, var, yalançının birisidir. Özünün həyatda nə qədər axmaq və sarsaq işləri varsa, yeri düşdükcə hamısını yükləyir mənim boynuma. Çox vaxt məni “koda” qoyur. Bu peşəkar “atanşiki” axtaranlarınsa heç sayı-hesabı yoxdur. Eşidirəm, o, bəzən mənim göbəyimdəki düyməni basıb kiməsə dil tökür, and-aman edir ki, “telefonum xarab olmuşdu deyə, sizin zənginizi eşitməmişəm”. Yox, sahibim məni təkcə “xarab etməklə” kifayətlənmir ki, başqa bəhanələr də uydurur. Məsələn, filan vaxt “telefon əlimdən sürüşüb suya düşdüyünə görə, sizə zəng edə bilmədim”. Və sair və ilaxır.

Dünən yenə “atdığı” hansı tanışısa sahibimə fasiləsiz olaraq zəng edirdi. O, məni cibindən çıxarıb bir xeyli baxdı, baxdı, baxdı... və qaytarıb yenə cibinə qoydu. Həmin tanışın ad-familiyası-nömrəsi, bir sözlə lazımı “sertifikatları” mənim yaddaşımda qaldı. Sonra həmin adamdan, daha doğrusu həmin telefondan yenə çoxlu zənglər gəldi. Sahibim hər dəfə həmin nömrəni görüb məni cibinin küncünə atırdı. Hətta, bir dəfə hirslənib mənim üzümə, daha doğrusu, zəng edən adamın şəklinə tüpürüb onu biədəb söyüşlərlə söydü də...

Bu gün yenə həmin adamdan zəng gəldi. Sahibim yenə həmin tanış adamın tanış nömrəsinə baxıb, baxıb, baxıb... məni cibinə qoymaq istədi. Bu zaman arxadan qaça-qaça gələn birisi onun qolundan yapışdı. Sahibim diksinib geri döndü. Mən indicə zəng edən adamı həmin an tanıdım, çünki onun şəkli mənim yaddaşımda, yəni onun ad-soyadı yazılan ünvanda idi.

Sahibim yalandan tanışının üzünə gülümsəyib dedi:

- Bəh... Nə xoş təsadüf. 

Tanışı isə hirsli-hirsli dilləndi:

- Bura bax, dünən sənə bütün günü zəng etmişəm. Niyə cavab vermirdin?

Sahibim yan cibindən məni, döş cibindən əzilmiş bir kitabı çıxarıb and-aman etməyə başladı:

- And olsun bu müqəddəs kitaba ki, dünən mənim telefonum evdə qalmışdı.

Onun tanışı nərildədi:

- Yalan deyirsən.

Mənim sahibim dili dolaşa-dolaşa dedi:

- Mən yalan demirəm.

Onun tanışı dilləndi:

- Mən sübüt edərəm ki, sən yalan deyirsən. Çünki yanımda şahidlərim də var.

Canıma vicvicə düşdü. Qorxdum ki, birdən mənim özümü şahid bilər. Axı əslində kimin hansı vaxt harada olduğu bizim yaddaşımızda da qeyd olunur. Yox, deyəsən sahibimin dostunun ayrı, daha canlı şahidləri olub. Çünki az sonra o, dedi:

- Dünən biz üç dost bağda gəzirdik. Birdən səni gördüm. Bizdən xeyli irəlidə gedirdin. Tez zəng etdim. Sən telefonu çıxarıb baxdın, baxdın, baxdın və ... sonra cibinə dürtdün. Mən dəfələrlə zəng etdim. Sən isə hər dəfə tanış nömrəni görüb telefonu təzədən cibinə qoyurdun. Hətta, bir dəfə telefonun üzünə tüpürdün. Əslində bunu etməklə sən mənə tüpürürdün. Sonra gözdən itdin... O an səni tutsaydım, inan ki, telefonun qarışıq əzəcəkdim.

Sahibim gözünü döyə-döyə qalmışdı. Düzü, mən də həyəcanlandım.

Nəhayət, onun tanışı ürəyini yaxşıca boşaldandan sonra hiddətlə dedi:

- Sən alçaqsan.

Və onlar ayrıldılar. Mən onun cibində idim. Çox əsəbiləşmişdim. Ona görə əsəbiləşmişdim ki, bu alçaq adam həmişə olduğu kimi, öz təqsirini yenə mənim boynuma atmaq istəmişdi. Yaxşı ki, bu dəfə onun bu “nömrəsi” keçmədi.

Mən də özümü saxlaya bilməyib dedim: “Sən alçaqsan!”. 

O, elə bildi ki, bu sözləri uzaqlaşmaqda olan tanışı dedi. Amma həmin sözlər mənim ağzımdan çıxmışdı. 

Çoxları hələ bilmir ki, biz telefonlar lazım olanda danışa da bilirik, yəni “menyumuza” belə bir “funksiya” da daxildir.

Sahibim xeyli aralanandan sonra cəsarətlənib qeyzlə öz bayaqkı tanışının kölgəsini qılınclamağa, onu uzaqdan-uzağa “asıb-kəsməyə” başladı:

- Alçağın biri alçaq.

Mənim proqramlaşdırılmış dilim yenə dinc durmadı, tez dilləmdim: “Sən özün alçaqsan”.

Sahibim ayaq saxlayıb əlini cibinə atdı, məni çıxarıb qorxa-qorxa üzümə baxdı, kiməsə zəng etmək istədi, amma nömrəni yığa bilmədi, həyəcanla dörd tərəfinə göz gəzdirdi, sonra yerə çökdü. Mən onun əlindən sürüşüb yerə düşdüm.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Vasitəçiyə inam yoxdursa, demək...” - Əli Əhmədov 26 Noyabr 2020, 14:25 Ermənistan parlamenti hərbi vəziyyətlə bağlı QƏRAR VERDİ 26 Noyabr 2020, 14:20 Fransa Azərbaycanın etimadına layiq deyil - Natali Qule 26 Noyabr 2020, 14:15 “Xankəndində ruslar da yaşaya bilər” - Milli Məclisin deputatı 26 Noyabr 2020, 14:10 Prezidentin xalqa müraciəti xarici mətbuatda 26 Noyabr 2020, 14:05 Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?