Cəlilabad rayonunda meyit tapılıb.
Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.
Onun ölüm səbəbi hələlik məlum deyil. Məlumata görə, mərhum rayon bazarında ətir satışı ilə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.