Modern.az

Konqresdən icazəsiz İranla müharibə edib - impiçmentinə hazırlıq

Konqresdən icazəsiz İranla müharibə edib - impiçmentinə hazırlıq

Dünya

30 Oktyabr 2026, 23:06

ABŞ Konqresində aralıq seçkilərdən sonra Pentaqon rəhbəri Pit Heqsetin impiçmenti ilə bağlı yeni cəhd hazırlanır.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Demokrat və Respublikaçılar partiyalarının nümayəndələri noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən sonra müharibə naziri Pit Heqsetə qarşı təzyiqləri artırmaq niyyətindədirlər.

Qeyd olunub ki, Pentaqon rəhbəri İrana qarşı müharibənin aparılması, hərbi xərclər və kadr qərarlarına görə məsuliyyətə cəlb edilə bilər.

İmpiçment təşəbbüsünün əsas tərəfdarlarından biri respublikaçı Tomas Massidir. O, Heqseti Konqresin icazəsi olmadan İrana qarşı müharibə aparmaqda ittiham edir və seçkilərdən sonra bununla bağlı qətnaməni yenidən təqdim etməyi planlaşdırır.

"Bloomberg" oktyabrın 16-na olan məlumata əsasən, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Amerika vergi ödəyicilərinə 47,1 milyard dollara başa gəlib. Bu məbləğə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına dəymiş ziyan daxil deyil.

Demokrat senator Cek Rid bildirib ki, müharibə zamanı 21 amerikalı hərbçi həlak olub, 850-dən çoxu isə yaralanıb.

Heqsetin fəaliyyətindən bəzi respublikaçılar da narazıdır. Onlar Pentaqon rəhbərliyini hərbi xərclərlə bağlı kifayət qədər şəffaf olmamaqda və yüksək rütbəli generalların tutarlı izahat verilmədən vəzifədən uzaqlaşdırılmasında ittiham edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu