ABŞ Dövlət Departamenti DV-2027 “Green Card” lotereyası üzrə qeydiyyat tarixlərini hələ də açıqlamayıb.
Modern.az xəbər verir ki, oktyabrın 29-da ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi Dövlət Departamentini qeydiyyat tarixlərini elan etməyə məcbur edən əvvəlki qərarın icrasını dayandırıb.
Bununla da Donald Tramp administrasiyasının apellyasiya şikayətinə baxılan müddətdə lotereyanı bərpa etməməsinə imkan verilib. Məhkəmə eyni zamanda Dövlət Departamentinin qeydiyyatı açmamasını dəstəkləmədiyini də bildirib.
Qeyd edək ki, oktyabrın ortalarında aşağı instansiya məhkəməsi Dövlət Departamentinə qeydiyyat tarixlərini oktyabrın 29-dək elan etməyi, müraciətləri isə noyabrın 1-dək qəbul etməyə başlamağı tapşırmışdı. Lakin oktyabrın 30-na olan məlumata görə, DV-2027 proqramı ilə bağlı yeni tarixlər açıqlanmayıb.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Braun Universitetində baş verən atışmadan sonra Ağ Ev “Green Card” lotereyasını dayandırmaq qərarı vermişdi. İnsidenti törədən şəxsin ABŞ-yə bu proqram vasitəsilə gəldiyi bildirilmişdi.