Modern.az

Sahil Babayevə yeni müavin təyin edildi - SƏRƏNCAM

Sahil Babayevə yeni müavin təyin edildi - SƏRƏNCAM

Ölkə

Bu gün, 21:13

Prezident İlham Əliyevin sərəncamı ilə maliyyə naziri Sahil Babayevə yeni müavin təyin edilib.

Modern.az xəbər verir ki, bu vəzifəyə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru işləyən Sadiq Əliyev gətirilib. 

Sadiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb, 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib, 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri, 2024-2026-cı illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub.

S.Əliyev 8 yanvar 2026-cı ildə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin edilib.

Prezidentin 30 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə maliyyə nazirinin müavini təyin olunub.

Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Bu təyinatdan sonra maliyyə nazirnin müavinlərinin sayı 4-ə çatıb.

Hazırsa nazir Sahil Babayevin müavinləri bunlardır: Anar Kərimov, Himalay Məmişov, Natiq Həsənov, sadiq Əliyev.

Whatsapp
Bizə yazın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu