Modern.az

Yaxın üç gündə Bakıya yağış yağmayacaq

Yaxın üç gündə Bakıya yağış yağmayacaq

29 Sentyabr 2009, 14:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 8-13 m/s, günün ikinci yarısında şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 13-15, gündüz 20-23 dərəcə isti təşkil edəcək.
Oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Qərb, şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 13-15, gündüz 19-22 dərəcə isti olacaq.
Oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s, gündüz cənub-qərb küləyinin sürəti 8-13 m/s olacaq, arabir 15 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 30-da gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Oktyabrın 1-2-də axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, oktyabrın 01-də arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi