19 Avqust 2019, 10:44 | Ana Səhifə - Yazılar - “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə...
“Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə...

Elman Babayev


Demək, bu prosesdə o, yetərincə gücsüz, cəmiyyətin qarşısına cıxmağa sözsüz, qələbəyə yaxın olmağa imkansızdır

 

 

Siyasi mübarizəni sosial şəbəkələrə daşıyan, bu şəbəkənin yaratdığı hüdudsuz sərbəstliklərdən bəhrələnən müxalif siyasi spektr cəmiyyətdə gərginlik ab-havasını daha da artırmaq üçün etdiyi cəhdləri bir az da intensivləşdirib. Hakimiyyətin atdığı addımlara, həyata keçirdiyi islahatlara göstərilən kəskin münasibət heç bir obyektivliyə söykənmir; yalnız radikallıq niyyətlərinə xidmət edir. Birmənalı belədir!   

 

Məsələn, bir müddət öncə ayrı-ayrı kənd təsərrüfatı məhsullarında müşahidə edilən qiymətlərin müvəqqəti artımı məsələsindən müxalifət öz nəfinə siyasət qurmağa cəhd etdi. Ayrı-ayrı sosial narazılıqları bir arada toplayıb, real hərəkətə çevirmək təşəbbüsləri göstərildi. Nəticə? Nəticə yoxdur! Müxalifət məyus duruma düşdü.    

 

Bundan başqa, şifahi bəyanatlarda, media açıqlamalarında sosial-iqtisadi islahatlardan, qiymət siyasətindən narazılıq özündə emosionallıq daşısa da, ortaya heç bir hərəkətlənmə, real etiraz çıxmadı.  

  

Müxalifətin Qarabağ münaqişəsi, Keçikçi Dağ məsələsi ətrafında da siyasi manipulyasiyalar etmək cəhdləri, hakimiyyəti bu məsələlərin həllində ləkələmək üçün qurduqları kampaniyalar nəticə vermədi.

 

Müxalifətin cəmiyyəti maksimum radikallaşdırmaq, onu hakimiyyətin üzərinə qaldırmaq cəhdlərinin boşa çıxmasının bir sıra mühüm səbəbləri var. Nədir onlar ?

 

Təbii ki, ilk növbədə xalqın mövcud hakimiyyətə inamı xüsusi vurğulanmalıdır. Reallıq ondan ibarətdir ki, siyasi müstəvidə iqtidara alternativ ola biləcək qüvvə yoxdur. Cəmiyyət mövcud hakimiyyətə inanır və öz sabit, firavan gələcəyinin bu hakimiyyətlə bağlı olduğuna əminlik daşıyır.  

 

İkincisi, hakimiyyətə iddialı şəxslərin keçmişləri, vaxtilə təmsil olunduqları hakimiyyətin 1 illik fəaliyyəti dövründəki buraxdıqları səhvlər unudulmayıb. Həmin səhvlərin doğurduğu açı nəsticələr, onların aradan qaldırılmasına sərf olunan zaman xatirələrdən silinməyib.

 

Üçüncüsü, ictimaiyyət istər daxildə radikal müxalifət kimi tanınan, istərsə də xaricdə məskunlaşıb öz dövlətini və Azərbaycan hakimiyyətini hədəf götürən “mühacirlər”in fəaliyyətini təqdir etmir. Ona görə ki, bu fəaliyyət yalnız şəxsi mənafe və daha çox maddiyyat əldə etmək uğrunda qurulub.

 

“Sosial şəbəkə müxalifəti”nin milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atdıqları, siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ etdikləri danılmaz faktdır. Söyüş söyməklə cəmiyyətdə radikallığı pik həddə çatdıracaqlarını düşünənlər heç bir halda ictimai dəstək qazana bilməzlər.

 

Beləliklə, “Sosial şəbəkə müxalifəti”nin yaratdığı gərginliyin ömrü elə sosial şəbəkədə canlı yayımın ömrü qədərdir, bundan o tərəfə keçə bilmir. 

 

Görünən reallıq həm də odur ki, cəmiyyətdə radikallığın yüksəlməsini hədəfləyən müxalifətin bəlli qanadı nə qarşıdan gələn bələdiyyə, nə də parlament seçkilərinə qatılmaq haqqında düşünmək istəyir. Təbii burası da aydındır: Çünki bu prosesdə o yetərincə gücsüz, cəmiyyətin qarşısına cıxmağa sözsüz, qələbəyə yaxın olmağa imkansızdır. Ona  görə də radikal müxalifət özünü seçkidənkənar hadisələrə kökləyib və daha asan müstəvi olan sosial şəbəkələrdə hay-küylə, qışqırmaqla, iftira və yalanla mübarizə yolunu tutub. 

 

Radikal müxalifətin mübarizə taktikaları kasad və sistemsizdir; addımları ittihamlara adekvat deyil. Sadəcə gərginlik imitasiyası ilə məşğul olan müxalifət bu imitasiyadan faydalana bildiyi qədər faydalanmağa çalışır. Fəqət ictimai dəstəyin olmaması, ayrı-ayrı narazı qrupların belə müxalifətə meyillənməməsi radikal müxalifətin yürütdüyü taktikanın uğursuzluğunun əyani göstəricisidir.

  

Müxalif düşərgənin iqtidarla kəskin ziddiyyətə girməyə, ölkədə anti-demokratik mühitin yaranması ilə bağlı ictimaiyyətə həyəcanlı mesajlar verməyə, beynəlxalq təşkilatların diqqətini cəlb etməyə, bununla da müəyyən siyasi dividentlər qazanmağa, öz reytinqini əsas rəqibin reytinqi ilə müəyyən qədər balanslaşdırmağa etdiyi bütün cəhdlər uğursuzluğa məhkumdur. Həmişə olduğu kimi...

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Fransada məscid təhqir edildi 2 Dekabr 2020, 23:10 Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO 2 Dekabr 2020, 22:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06 Dolların sabaha olan MƏZƏNNƏSİ 2 Dekabr 2020, 18:00 Karantini pozan 90 sürücü cərimələndi - FOTO 2 Dekabr 2020, 17:54 Ermənistan vətəndaşlarına ölkəni tərk etməyə icazə verildi 2 Dekabr 2020, 17:48
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?