Modern.az

2016-cı ilin yay olimpiya oyunlarının keçiriləcəyi şəhər bəlli oldu

2016-cı ilin yay olimpiya oyunlarının keçiriləcəyi şəhər bəlli oldu

Təhsil

2 Oktyabr 2009, 23:50

Modern.az xarici KİV-lərər istinadən xəbər veriri ki, Kopehagendə 2016-cı ilin yay olimpiya oyunlarına ev sahibliyi edəcək namizəd şəhərlər arasında final səsverməsi keçirilib. Səsvermədə Braziliyanın ikinci böyük şəhəri Rio de Janeyro rəqiblərinə qalib gəlib.
Bununla da ilk dəfə olimpiya oyunları Cənubi Amerikada keçiriləcək. Səsvermənin nəticəsini oktyabrın 2-də gecə saatlarında Beynəlxalq Olimpiya Komitəsinin yığıncağından sonra qurumun rəhbəri Jacques Rogge elan edib. Bu xəbərdən sonra Rio de Janeyroda minlərlə adam Kpakana çimərliyinə axışıb. Qeyd edək ki, Rio de Janeyronun rəqibləri ABŞ-ın Çikaqo, Yaponiyanın Tokio, İspaniyanın Madrid şəhərləri idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi