13Sentyabr | Ana Səhifə - Yazılar - Sami Yusufun “Nəsimi” kompozisiyasına TƏNQİD: kartof püresi alınıb
Sami Yusufun “Nəsimi” kompozisiyasına TƏNQİD: kartof püresi alınıb

Vasif İsmayıl

Son həftə sosial şəbəkələrdə Sami Yusufun İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə bəstələdiyi musiqi parçası haqqında rəyləri oxuyuram.

Bəyənən çox olub.

Belə baxanda, bəli, xor, xalq çalğı alətləri istifadə edilərək muğam ifa edilib.

Mən əsəri heç bəyənmədim.

Səbəbləri.

Qadası, bizim bu Şimalda akademik musiqi mədəniyyəti kifayət qədər inkişaf edib və dünya səviyyəsinə çıxardılacaq dərəcədə gözəl nümunələri də çoxdur. Bizim qulağımız bu cür akademik musiqiyə öyrəşib.

Başa düşürəm, xoşunuza gəlib. Axı, həqiqətən də, qulağa xoş səslənir.

Biz niyə bəyənmədik, görəsən?

Çünki bu “xaltura”dır. Yekə bir xaltura.

Bizim camaat Rəmişi də xoşlayır, amma Rəmiş natamam tonlarla gitara və musiqini ağladan sənətkardır - bu fənd peşəkarlar arasında yaxşı hərəkət kimi qəbul edilmir.

Bir kərə, melodiya yoxdur. Yəni mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim - vəssəlam. Bunu bəzən kənddə çobanlar da zümzümə edə bilərlər.

Yaxşı, insan çox sadə, hətta kasıb melodiyanı da möhtəşəm əsərə çevirə bilər. Məsələn, Yanni - ən sadə melodiyanı aranjmanla parlaq, təzadlı hisslər yaradan əsərə çevirə bilir.

Amma burada heç bir aranjman yoxdur. Polifoniyanın heç bir metodundan istifadə edilməyib. Hardasa əlliyə yaxın alətdə ifa edilir, amma heç bir aləti eşidə bilmirsən. Bağışlayın, kələfurun belə bir teksturası var. Sami Yusufda sadə kartof püresi alınıb. İçinə bir az zirinc atıblar - o da ki, zirinci rəndələyəndən sonra.

Əslində niyə belə alındığının səbəbi aşkardlr. Sami Yusuf İran musiqisi yaradıb. İranda da belədir - xalq çalğı alətləri orkestri yoxdur.

Bizdə isə var.

Bizdə var, amma Sami Yusufun bundan xəbəri yoxdur.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı 23 Sentyabr 2020, 23:29 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52