Modern.az

Norveç dünyanın ən yaxşı, Əfqanıstan ən pis ölkəsidir

Norveç dünyanın ən yaxşı, Əfqanıstan ən pis ölkəsidir

5 Oktyabr 2009, 12:02

BMT-nin son hesabatına görə, dünyada yaşamaq üçün ən yaxşı ölkə Norveçdir. Hesabata görə, insanların ən yaxşı həyat səviyyəsi Norveç, Avstraliya və İslandiyada qeydə alınıb. Dünyada yaşayış səviyyəsinə görə, ən pis göstərici Niger, Əfqanıstan və Sierra Leonedədir.
BMT-nin İnsan İnkişafı İndeksi 2007-ci ilin göstəriciləri əsasında tərtib olunub. İnsanların rifahını əks etdirən göstəricilərə isə adambaşına düşən ümumi daxili məhsul, təhsil və orta ömür uzunluğu daxildir.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır