Modern.az

"Prokurorluq haqqında" Qanuna əlavə və dəyişikliklər parlamentin iclasına tövsiyyə olunub

"Prokurorluq haqqında" Qanuna əlavə və dəyişikliklər parlamentin iclasına tövsiyyə olunub

5 Oktyabr 2009, 18:31

Oktyabrın 5-də Milli Məclisin Qanunvericilik və hüquq siyasəti komitəsinin iclasında "Prokurorluq haqqında" Qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub. Modern.az xəbər verir ki, Komitə üzvləri

qanunvericilik təşəbbüsü əsasında Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "Prokurorluq haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi ətrafında fikir mübadiləsi aparandan sonra ona Milli Məclisin plenar iclasında baxılmasını tövsiyyə ediblər. Layihədə "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikasının prokuroru və hərbi prokurorunun təyinatı ilə bağlı məhdudiyyətin ləğvi ilə bağlı müddəa var. Hazırda qüvvədə olan qanuna görə, eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Yeni layihədə bu məhdudiyyət yalnız ərazi və ixtisaslaşmış prokurorlara şamil edilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi