Modern.az

ABŞ Trampın oğluna verilən bahalı hədiyyəni araşdırmayacaq

ABŞ Trampın oğluna verilən bahalı hədiyyəni araşdırmayacaq

Dünya

Bu gün, 21:44

ABŞ Ədliyyə Nazirliyi rusiyalı iş adamı Umar Kremlyovun Prezident Donald Trampın oğlunun toy şənliklərinə çəkilən xərclərin bir hissəsini ödəməsi ilə bağlı araşdırma aparmağı planlaşdırmır.

Modern.az xəbər verir ki, bunu ABŞ-nin baş prokuroru Todd Blanş açıqlayıb.

Blanş məsələdə qanun pozuntusuna dair məlumat və araşdırma üçün əsas görmədiyini bildirib:

“Prezident bu şəxsin kim olduğunu bilmir. Ailənin digər üzvləri də onu tanımır. Məndən nəyi araşdırdığımı soruşursunuz. Mən nəyi araşdırmalıyam?”

Bundan əvvəl rusiyalı iş adamının Donald Trampın oğlu ilə Bettina Andersonun toyundan sonra Baham adalarında keçirilən iki günlük şənliyin xərclərinin bir hissəsini ödədiyi bildirilmişdi. Xərclərə özəl adanın icarəsi və atəşfəşanlıq daxil olub.

Cütlük Kremlyovun şənliyi maliyyələşdirdiyini inkar etməyib və bunu “dostdan son dərəcə səxavətli toy hədiyyəsi” adlandırıb. ABC News⁠ isə məlumatın detallarını müstəqil şəkildə təsdiqləmədiyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?