“Husilərin PUA-lardan istifadə etməklə müqəddəs Məkkə şəhərinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyirik”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
“Biz Səudiyyə Ərəbistanının suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini dəstəklədiyimizi bir daha təsdiq edir, Səudiyyə Ərəbistanı ilə həmrəy olduğumuzu vurğulayırıq”.
Türkiyə, həmçinin bu cür hücumların bütün bölgə üçün təhlükə yaratdığını qeyd edib və onların dərhal dayandırılmasına çağırıb:
“Regional sabitliyə və təhlükəsizliyə də təhdid yaradan bu hücumların dərhal dayandırılmasına və gərginliyin daha da artmasına yönəlmiş hər hansı addımlardan çəkinməyə dair çağırışımızı bir daha təkrarlayırıq”.