Rusiya XİN-in müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüş keçirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Əsas diqqət 2026-cı il iyulun 17-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin danışıqları zamanı əldə edilmiş razılaşmaların icrasına, o cümlədən mədəni dialoqun tam formatda bərpasına və humanitar problemlərin həllinə yönəlib.
Diplomatlar, həmçinin, Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də Moskvada ali səviyyədə imzalanmış Müttəfiqlik Qarşılıqlı Əlaqəsi Bəyannaməsinin müddəalarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Rusiya XİN sənədin potensialının tam açılmasının vacibliyini bildirib.
Nazirlikdə görüşün "konstruktiv atmosferdə" keçdiyini qeyd ediblər.