Modern.az

FED son üç ildə uçot dərəcəsini artırıb

FED son üç ildə uçot dərəcəsini artırıb

Dünya

Bu gün, 22:25

ABŞ Federal Ehtiyat Sistemi (FED) son üç ildə ilk dəfə uçot dərəcəsini artırıb.

Modern.az xəbər verir ki, qərara əsasən, faiz dərəcəsi 3,75 faizdən 4 faizə yüksəldilib. Qərar FED-in yeni sədri Kevin Uorşun rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib. Onun bu vəzifəyə ABŞ Prezidenti Donald Tramp tərəfindən təyin edildiyi bildirilir.

Faiz artımından sonra dolların məzənnəsində yüksəliş müşahidə olunub. Faiz dərəcələrinin artırılması, bir qayda olaraq, dollarla ifadə olunan aktivlərin cəlbediciliyini yüksəldərək ABŞ valyutasına dəstək verə bilər.

FED-in qərarı ABŞ iqtisadiyyatında inflyasiya və pul siyasəti ilə bağlı gözləntilər baxımından da diqqət çəkir. Bazar iştirakçıları bundan sonra FED-in faiz siyasətinin hansı istiqamətdə davam edəcəyini və yeni qərarların dolların məzənnəsinə necə təsir göstərəcəyini izləyəcəklər.

Qeyd edək ki, FED-in faiz qərarları qlobal maliyyə bazarlarında, o cümlədən valyuta və istiqraz bazarlarında ciddi dəyişikliklərə səbəb ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?