BMT Baş katibi Antoniu Qutererrş Baş Assambleya çərçivəsində Ukrayna üzrə üçtərəfli danışıqların təşkilində vasitəçilik etməyə və bu istiqamətdə səylər göstərməyə hazır olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, Baş katib vurğulayıb ki, mövcud böhranın həlli üçün ilk növbədə atəşkəsə nail olunması və ədalətli sülhə keçid üçün zəruri şəraitin yaradılması şərtdir.
"Mən imkan daxilində bunu etməkdən məmnun olardım və hesab edirəm ki, Ukraynada atəşkəsə nail olmaq, eləcə də ədalətli sülhə keçid üçün şərait yaratmaq mütləq vacibdir", – deyə Qutererrş bildirib.
Diplomatik dairələrdə bu bəyanat beynəlxalq səylərin aktivləşməsi və dialoq mühitinin formalaşdırılması istiqamətində növbəti addım kimi qiymətləndirilir.