Modern.az

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1403-ə çatıb

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1403-ə çatıb

Dünya

16 Sentyabr 2026, 23:55

Nepalda dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 403 nəfərə çatıb.

Modern.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə sentyabrın 16-sı Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması İdarəsi bildirib.

Onun məlumatına görə, 6 150 nəfər itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatları davam edir.

İdarənin son hesabatına əsasən, indiyədək 13 742 nəfər xilas edilib.

Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. Uçqunun səbəb olduğu daşqın nəticəsində dağ süxurlarından ibarət güclü axın çay yatağı boyu çox böyük sürətlə 70 km-dən çox məsafə qət edərək geniş ərazinin su altında qalmasına gətirib çıxarıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşmüş sayılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir