Modern.az

Rövnəq Abdullayev Neft Daşlarına gedib

Rövnəq Abdullayev Neft Daşlarına gedib

Təhsil

6 Oktyabr 2009, 10:17

Oktyabrın 5-də ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkətin və onun struktur bölmələrinin rəhbərləri Neft Daşlarında olub.
ARDNŞ-nin mətbuat xidmətinin məlumatına görə, R Abdullayev və onu müşayiət edən şəxslər öncə Neft Daşlarındakı sıxıcı kompressor stansiyasının (SKS) genişləndirilməsi istiqamətində görülən işlərlə tanış olmaq üçün stansiyanın ərazisinə gəliblər. Sonra Neft Daşlarının mərkəzindəki parka gələn R. Abdullayev yol boyu estakadalara, istehsal və sosial yönümlü obyektlərə baxış keçirib, Şirkətin müvafiq idarələrinin rəhbərlərinə tapşırıqlar verib. Parkın yenidənqurma layihəsi və burada görülmüş işlərlə tanış olduqdan sonra Rövnəq Abdullayev Neft Daşlarındakı mədəniyyət evində aparılan əsaslı təmirlə maraqlanıb. Şirkət prezidenti yeni tikilmiş idman zalında və çay evində həyata keçirilən son tamamlama işləri ilə bağlı öz tövsiyyə və göstərişlərini əlaqədar təşkilatların rəhbərlərinə çatdırıb. Görülən işlərin nəticələrindən razı qaldığını söyləyən ARDNŞ prezidenti Neft Daşlarının inkişafı üçün hazırlanmış xüsusi proqramda göstərilən vəzifələrin vaxtında yerinə yetirilməsi zərurətini vurğulayıb. O, həmçinin Neft Daşlarının 60 illik yubileyinin təntənə ilə qeyd olunacağını söyləyib, bu məqsədlə yubiley komissiyasının yaradıldığını və geniş tədbirlər planı hazırlandığını qeyd edib. Sonda ARDNŞ prezidenti Şirkətin müvafiq strukturlarının rəhbərlərinə qarşıda duran işlərlə bağlı konkret tapşırıqlar verib. Səfər zamanı Rövnəq Abdullayevi ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Ekologiya üzrə vitse-prezident Muxtar Babayev, Sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynov, Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, ARDNŞ Baş ofisinin idarə rəhbərləri, Ağasəf Əliyev, Rəhman Qurbanov, Mehman Əkbərov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Səbuhi Məmmədov və başqaları müşayiət edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...