Modern.az

"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"

"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"

Mədəniyyət

Bu gün, 00:47

Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb.

Modern.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib.

Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?

Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsuz bacara bilmərəm.

Sual: Vacib bir sövdələşməni ləğv etmək, yoxsa ailəvi naharda iştirak etməmək?

Emin: Həyat yoldaşım inciməsin, amma ailəvi naharı ləğv etmək.

Sual: Biznesin idarəçiliyini bir həftəlik kiməsə təhvil vermək, yoxsa telefonu vermək?

Emin: Nə bu, nə də o. Heç kimə heç nə vermərəm.

Sual: Yaxşı bir iş fürsətini əldən vermək, yoxsa yaxınlarınla gözəl anları qaçırmaq?

Emin: Yaxınlarımla gözəl anları qaçırmaq.

Sual: İstirahətdə telefonla məşğul olmaq, yoxsa evdə tamamilə boş qalmaq?

Emin: İstirahətdə telefonla olmaq.

Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə evlidir. Cütlüyününbu nikahdan 1 övladı var.

(Axşam)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!