Modern.az

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzləri olacaq

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzləri olacaq

Ölkə

Bu gün, 21:23

Azad olunmuş ərazilərdə - Ağdam, Cəbrayıl və Laçında növbəti "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır.

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şuşada artıq iki ildir "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir:

"Ağdam, Cəbrayıl və Laçında da xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bunlar regional mərkəzlər olacaq və ətraf rayonlara da xidmət göstərəcəklər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!