25 Dekabr 2019, 11:07 | Ana Səhifə - Yazılar - Qəddarlıq, xəyanət, sevgi və ölüm...
Qəddarlıq, xəyanət, sevgi və ölüm...

Elçin Alıoğlu

Bu gün farsların tarixində ən məşhur, ən qüdrətli insanlardan olmuş Cəfər bin Yəhya bin Xalid əl Bərməkidən bəhs edəcəm.

Qəddarlıq, xəyanət, sevgi və ölüm...

Bir qədər ötənlərə yollanaq.

Bəlx yaxınlığındakı Novbahar şəhəri. Şəhərin cənubunda, iki təpə arasındakı Bərmək məbədi. Məbədin ətrafında 8 fərsəx uzunuqda, 4 fərsəx endə olan ərazi Bərmək məbədində xidmət edən ailəyə məxsusdu.

Eyni zamanda, Bəlxdən şərqdəki Rəvan kəndi də həmin ailənindi. Daha doğrusu, Yəhya ibn Xalidin, ailə başçısının.
Novbahar kəlməsinə gəldikdə isə, bu sözün kökü sankskrit dilindəki "nava bihara", yəni "yeni məbəd" ifadəsidir. Orada, ərəb tarixçilərinin yazdıqlarına görə, "ibadət əl əvsan", yəni bütlərə ibadət vardı.

Sonralar məbəd atəşpərəst məkanı ("Yaqut əl həmavi"), məbədin kahinləri isə Sasani hökmdarlarının nazirləri ("Nizam əl mülk") oldular.

Xalid ibn Bərmək, yəni Bərmək məbədinin kahinləri olan ailənin törəməsi xəlifələr Əbül Abbas və Əl Mənsur dönəmlərində qüdrət yiyəsi idi.

Fəqət, oğlu Yəhya bin Bərməki kimi olmadı. Çünki Yəhya xəlifə Harun ər Rəşidin zamanında elə bir qüdrət və nüfuz yiyəsi olmuşdu ki, onu "Xilafətin dayağı" adlandırırdılar.

Bərməkilərin xilafətdə söz yiyəsi olmaları isə Xalidin atasının şahzadə Məslam ibn əbd Maliki ağır qızdırmadan müailicə etməsindən sonra başlanmışdı.

Yəhya Bərməkinin iki oğlu vardı - Fədl və Cəfər.

Böyük oğul Fədl Cəbəl, Təbəristan, Dəmavənd, Qumis, Azərbayanın valisi idi.


Kiçik qardaş Cəfər isə elmə meylli idi. Onun əla xətti və natiqlik qabiliyyəti, riyaziyyat və rəmldə dərin bilikləri vardı.

Uzun boynu olduğu üçün Cəfər dik və uzun yaxalıqlı əba geyinirdi. Sonralar bu əba dəb oldu, "cəfəri" kimi tanınırdı.
Xəlifə Əbu cəfyər Harun Muhəmməd ər Rəşidlə vəziri Cəfər arasında həddən ziyadə sıx əlaqələr vardı.

Cəfərin hətta xəlifənin məşuqu olduğu da deyilirdi.
Xəlifə Cəfəri 6 (!) dəfə müxtəlif əyalətlərə və ölkələrə vali təyin etmişdi. Fəqət, Cəfər həmin məkanlara yollanmamış, yardımçıları vasitəsilə idarəetməyə üstünlük vermişdi.

Cəfərin mövqelərinin səbatlılığına dəlalət edən sadəcə bir fakt: xilafət dövründə ilk və son dəfə məhz Cəfərin adı sikkələrin üzərində xəlifənin adı ilə yanaşı idi.

Hicri ilə 187-ci ilin səfər ayının ilk gecəsində, yəni 803-cü ilin fevralın 2-də xəlifənin əmri ilə Cəfərin boynu vuruldu. Daha sonra Yəhya Bərməki üç oğlu ilə bəhs olundu, onların bütün varidatı müsadirə edildi.

Harun ər Rəşidin əmri ilə Cəfərin kəlləsi Bağdaddakı "Orta körpü"nün girişində cidaya keçirilib qoyuldu. Cəfərin cəsədi iki yerə şaqqalandı, hər hissə Bağdaddakı bir körpüdən asıldı.

Cəfərin nəvələrindən sadəcə, İmran ibn Musa tarixə düşdü: o, əl Mədain şəhərinin xəlifə Məmunun qoşunlarından müdafiə etdi, sonra Sind valisinin vəziri oldu.

Bu qüdrətli nəslin son nüfuzlu mənsubları vəzir Əbül Qasım Abbas ibn Muhəmməd Bərməki, Qəznəvilərin xəlifə sarayındakı səfiri Həsən Bərməki və rəmmal, habelə tərcüməçi Məhəmməd ibn Cəhm əl Bərməki idilər.

Özünü "Əmir əl mömin" adlandıran xəlifə Harun ər Rəşid... Həmişə deyərdi ki, dünyada iki adam ona yaxındır: bacısı əl Abbassə və vəziri Cəfər.

Şəriətə görə, yaxın qohum olmayan kişi və qadın bir otaqda ola bilməzdilər, görüşə bilməzdilər. Ona görə də Abassə ilə Cəfər əsla sarayda bir araya gədə bilməzdilər.

Xəlifə isə pərişandı, çünki axşamlar həm Cəfər, həm də Abbassə ilə bahəm oturmaq, söhbətləşmək istəyirdi hərdaim.

Məhz bu səbəbdən o, Cəfərə əmr etdi ki, Abbassə ilə evlənsin.
Harun sadəcə, bir şərt qoymuşdu: Cəfərlə Abbassə bir evdə yaşamamalı, ər-arvad həyatı sürməməliydilər.

Harunun əmrindən çıxa bilməyən Cəfərin razılaşmaqdan savayı nə çarəsi vardı ki?!

O, nikahdakı xanımı Abbassə ilə sarayda qarşılaşanda belə, başını qaldırıb xəlifənin bacısına baxmamağa çalışırdı.

Abbassə isə Cəfəri sevirdi. Çox sevirdi.

Və gecələrdən birində kəniz libasında Cəfərin mülkünə yollandı. Kəcavədə, Cəfərin anasının razılığını əvvəlcədən alaraq.

Cəfər həmin gecə sərxoşdu, Şiraz şərabından içib məst olmuşdu.

O, Abbassəni tanımadı.

Doqquz ay keçdi, Abbassə dünyaya əkiz oğullar gətirdi. Uşaqları iki dayə ilə birlikdə Məkkəyə yolladılar.

Gizlicə. Xəlifə xəbər tutsaydı, Abbasəni və Cəfəri əzablı ölüm gözləyərdi.

Amma iki ay sonra sirr faş oldu. Hərəmdəki cariyələrdən biri xəlifəyə hər şeyi danışdı.

Məkkəyə çaparlarını yollayan Harun ər Rəşid əmin oldu ki, cariyəsi Mərada yalan demirmiş.

Elə həmin axşam xəlifə sevimli vəzirini yanına, şam yeməyinə çağırdı.

Qəzəbini boğub gizlədən və gülümsəyən xəlifə yeyir, içir, həmişəki kimi zarafatlaşırdı.

Cəfər evinə yollananda isə xəlifə qulamı Yasir ibn Fəraqı hüzuruna çağırdı.

"Yasir, səndən savayı kimsəyə etibar edə bilməyəcəyim işin öhdəsindən gələ bilərsənmi?" - taxtda oturmuş xəlifə zəndlə qulamına baxdı.

Yasir təzim etdi və dedi: "Ey cahanların hökmdarı, müsəlmanların dayağı! Bu qılıncımı qarnıma soxub kürəyimdən çıxarmağı əmr etsən belə, bir an tərəddüd etməm! Əmr et!"

Xəlifə gülümsədi: "Onda Cəfərin evinə get və onun kəlləsini mənə gətir".

Yasir qorxdu. Amma əmrdən çıxa bilmədi.

Şam yeməyindən sonra sərxoş Cəfər təxtdə uzanmışdı.

Qapı açıldı, Yasir içəri girdi.

O, nə üçün gəldiyini deyəndə Cəfər güldü: "Yasir, biləsən - əmir əl mömin mənimlə tez-tez zarafat edir. Bu da onun zarafatlarından biridir".

Yasir başını buladı:

- Yox, ciddi idi!

- Onda əl-əlbət sərxoş olub...

- Yox!

- Ola bilməz.

- Hm... Sən gəl, belə elə. Saraya qayıt, de ki, ya xəlifə, əmrini yerinə yetirdim. Xəlifə kədərlənməsə, əmrinə peşman olduğunu söyləməsə, ertəsi gün qayıt buraya və vur kəlləmi.

- Yox! Əmr icra olunmalı!

- Onda gedən saraya, dediklərimi xəlifəyə söylə. Əgər yenə kəlləmi istəsə, yanıma gəl və onun dediyini et!

... Yasir razılaşdı.

Onlar saraya yollandılar. Cəfər xəlifənin dərgahının qapısı önündə durdu. Yasir də hüzura getdi, xəlifəyə dedi ki, Cəfəri gətirib və başını vurmağa hazırdır.

Xəlifə hirsləndi, ayağa qalxıb bağırdı:

- Məlun! Tez et bunu! Sənin kəlləni bədənindən ayırmamış, tez et!

Yasir hüzurdan çıxdı və Cəfərə söylədi:

- Eşitdinmi?

Cəfər susdu. Əbasının cibindən ipək dəsmal çıxardı, gözlərini bağladı, diz çökdü və əbasının yaxalığını aşağı salıb dedi: "Haydı, durma, əmri icra et!"

Yasir vəzirin başını vurdu, Cəfərin kəlləsini xəlifənin hüzuruna apardı.

Kəlləni götürən xəlifə ağladı.

O, Cəfərin kəsik başını dizinə qoydu, danışmağa başladı. Cəfərə şikayətləndi, sitəm etdi, tənə etdi, gözlərindən öpdü.

Sonra qulamlarını çağırdı: "O Yasirin başını vurun! Cəfərimi öldürmüş insanı görmək istəmirəm...."

MÜƏLLİFİN DİGƏR YAZILARI
Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail yoxsa Fələstin: hansı mövqedə olmalıyıq 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55