24mart | Ana Səhifə - Yazılar - Bir söz mənə rahatlıq vermir...
Bir söz mənə rahatlıq vermir...

Firuz Mustafa

Çoxdandır ki, bir söz mənə rahatlıq vermir... Doğru sözümdür. Məni bu dünyada daha çox bilmədiyim (hətta bəzən bildiyim) sözlər və o sözlərin arxasındakı fikirlər narahat edir.
Rusların tez-tez, bol-bol işlətdiyi bir söz var: “Talisman”. Məlumdur ki, bu söz mənşəyi etibarı ilə ərəblərə məsusdur. Və bu sözün kökü “tilsam” leksemindəndir.
İlk baxışda bu söz bizim də ruslardan az işlətmədiyimiz bir anlamda- “tilsim” şəklində ifadə olunur. Elə bütün lüğətlərdə də “talisman” sözü “tilsim”kimi tərcümə olunur.
Əcaba, bəyəm “talisman”ın mənası tilsimdir? Qətiyyən. Tilsim hadisədir. Talisman isə sahibini hər cür xata-baladan qoruyan, xoşbəxtlik gətirən bir predmetdir. Bu “predmet” qiymətli daş şəklində də ola bilər, bahalı dəmir şəklində də, adi kəhrəba və ya simvolik əşya şəklində də... Rus dilində bu anlayışı özündə ehtiva edən digər sözlər də var. Məsələn: “amulet”, “ladanka” və sair. Bütün bunlardan başqa, talisnanı alıb-satmaq, bağışlamaq, itirmək mümkündür. Tilsim haqda isə bu sözləri demək olmaz.
Bəs görəsən bu söz türkiyə türkcəsində necə ifadə olunur? Lüğətdə “talisman” sözü “maskot” kimi verilir ki, bunun da (yəni “maskot”un) kökü fransızcadır.
Yəqin ki, bu “talisman” sözünündəki mənanın dilimizdə işlədilən “gözmuncuğu” anlayışı ilə üst-üstə düşdüyünü ehtimal edənlər də var. Yeri gəlmişkən türk dillərində “nəzər boncuğu” ifadəsi də var. Məsələ burasındadır ki, “gözmuncuğu”nun mənası adamları bədnəzərdən qorumaq anlamında işlədilir.
Bütün bunlardan başqa, “talisman”da bir alt məna da vardır; bu, o deməkdir ki, bu simvolu gəzdirənlər onu bəxş edənlərə qarşı xoşagəlməz bir hərəkət etsələr “talisman” onların özlərinə qənim olur. Amma “gözmuncuğu”nda belə bir “xüsusiyyət” yoxdur.

P.S. Bu günlərdə təzədən bu “talisman” sözünün “tilsiminə” düşəsi oldum. Belə ki, dahi Puşkinin məşhur “Talisman” şeirini dilimizə tərcümə etmək istəyirdim. Və aydınca hiss olundu ki, “talisman” nə gözmuncuğudur, nə də tilsim. Səhv etmirəmsə, ötən əsrin 80-ci illərinin ortasında Moskvada “Xrani menya, moy talisman” adlı bir film də çəkilmişdi. Göründüyü kimi, filmin adı dahi şairin bir mışhur şeirindən bir misradır.
Düzdür, mən artıq özümçün “talisman” sözünü qismən əvəz edəcək bir anlayış tapmışam. (U hərfi ilə başlayır)). Amma indiki halda dostların (habelə, oxucuların, dilçilərin) fikirlərini azdırmamaq, başqa səmtə yönəltməmək üçün o sözü hələlik yazmıram. (Bir azdan yazacağam))...
Mənim şəxsən tanıdığım ziyalılar arasında bir neçə dili, habelə türk dillərini yüksək səviyyədə bilən mütəxəssislər az deyil.
Bundan başqa dialetlərimizdə də həmin sözün qarışığı iılənə bilər. Zatən mənim bölgələrimizdə də dostlarım az deyildir. İndi sözüm onlaradır:
Beləliklə, “talisman” sözünü dilimizdəki hansı leksemlə əvəz etmək olar?

MÜƏLLİFİN DİGƏR YAZILARI
Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu 11 İyul 2020, 13:06 Aya Sofyanı məscidə çevirən Ərdoğan DÜZMÜ ETDİ, SƏHVMİ... 11 İyul 2020, 13:01 Ermənistanda 17 futbolçu koronavirusa YOLUXDU 11 İyul 2020, 12:54 Azərbaycanda dəhşətli qətl - Qardaşoğlu əmisini baltaladı 11 İyul 2020, 12:48 Sabah Gürcüstandan Azərbaycana 200 nəfər gətiriləcək 11 İyul 2020, 12:37 “Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru İSTEFA VERDİ 11 İyul 2020, 12:31 Pendiri, tülpanı, pivəsi ilə də məşhur azadlıqlar ökəsi - FOTOREPORTAJ 11 İyul 2020, 12:27 Türk Hava Yolları Azərbaycana uçuşları ARTIRDI 11 İyul 2020, 12:22 Bakının bu küçəsində hərəkət dayandırılır 11 İyul 2020, 12:15 Koronavirusa yoluxan jurnalist SAĞALDI 11 İyul 2020, 12:09 İTBAŞI (8-ci bölüm) 11 İyul 2020, 12:02 Ər-Riyaddan çarter reyslə 83 nəfər gətirildi - FOTO 11 İyul 2020, 11:55 Tramp ABŞ-ın NATO-dan çıxmasına münasibət bildirib 11 İyul 2020, 11:49 Nazirliyin gəlirləri kəskin azalıb 11 İyul 2020, 11:42 Heyif bu günlərə - Fəxri Müslüm 11 İyul 2020, 11:40 Kürdə batanlardan birinin meyiti tapıldı 11 İyul 2020, 11:35 Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu - FOTO 11 İyul 2020, 11:29 Azərbaycan nefti bahalaşdı 11 İyul 2020, 11:22 Sonuncudan əvvəlki - ƏBÜLFƏT MƏDƏTOĞLU YAZIR 11 İyul 2020, 11:15 UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir 11 İyul 2020, 11:07 Koronaviruslu xəstələr üçün yeni oksigen generatoru işə salındı - FOTO 11 İyul 2020, 11:00 Prezident Cahangir Əsgərovla bağlı sərəncam İMZALADI 11 İyul 2020, 10:53 Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin əsl ixtisası - Jurnalist, tərcüməçi, iqtisadçı… 11 İyul 2020, 10:45 Türkiyədə müalicə alan deputatdan XƏBƏR VAR 11 İyul 2020, 10:37 Xəzər rayonunda monitorinqlər davam etdirilir - FOTO 11 İyul 2020, 10:30 Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi 11 İyul 2020, 10:22 Başqasının vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi - FOTO 11 İyul 2020, 10:15 Mal-qara oğurlayan qəssab tutuldu - FOTO 11 İyul 2020, 10:08 Bu ölkədə fövqəladə vəziyyət daha bir ay uzadıldı 11 İyul 2020, 10:00 Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır 11 İyul 2020, 09:54 Sabirabadda 16 yaşlı qız özünü ağacdan asdı 11 İyul 2020, 09:48 Dünyada bir gündə koronavirusa REKORD yoluxma qeydə alındı 11 İyul 2020, 09:40 Sumqayıtda yataqxanada yandı 11 İyul 2020, 09:34 Aya Sofyada ilk Cümə namazı bu tarixdə qılınacaq 11 İyul 2020, 09:27 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 11 İyul 2020, 09:20